Tarix : 2019 Apr 19
Kod 57999

Zərif-Ərdoğan görüşündə İran-Türkiyə əlaqələrinin genişləndirilməsi vurğulanıb

Türkiyə prezidenti və İranın xarici işlər naziri bu gün Ankarada görüşüblər.

Arannews-İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan bu görüşdə ABŞ-ın İrana qarşı sanksiyaları və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ı terrorçu adlandırması ilə müxalifət edərək, iki ölkə arasındakı razılaşmalar əsasında qarşılıqlı əlaqələrin genişləndirilməsini vurğulayıblar.Zərif və Ərdoğan həmçinin son Suriya, Yəmən və Şimali Afrika olayları barədə fikir mübadiləsi aparıblar.Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan bu görüşdə sel və daşqın nəticəsində İranın bəzi məntəqələrindəki son kədərli hadisələrdən təəssüf ifadə edərək, həmin hadisələrdə həlak olanların ailələrinin kədərinə şərik çıxıbdır.İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Türkiyədə son bələdiyyə və şura seçkilərinin uğurlu və bu ölkə vətəndaşlarının yüksək səviyyəli iştirakı ilə keçirilməsini təbrik edib.Zərif bu görüşdən sonra Türkiyə milli məclisinin sədri Mustafa Şentopla görüşüb.İranın xarici işlər naziri dünən axşamçağı siyasi bir heyətlə Suriya prezidenti Bəşşar Əsədlə görüşdən sonra Dəməşqdən Türkiyənin paytaxtı Ankaraya daxil oldu.

  • Yazılıb
  • da (də) 2019 Apr 19
  • Göndərən مدير سايت Aran News