Tarix : 2019 Apr 18
Kod 58002

Ordunun Tehrandakı paradında S-300 raket sistemi nümayiş etdirilib

Bu gün ordunun Tehrandakı paradında S-300 raket sistemi öz aksessuarları ilə nümayiş etdirilib.

Arannews-İran İslam Respublikası Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın nümunəvi bölmələrinin Tehranda keçirilən paradında sərgilənən ən mühüm təchizatlar arasında S-300 raket sistemi,  S-200 və "Təlaş" hava hücumundan müdafiə sistemləri, Səyyad-2 və Səyyad-3 raketi ilə bağlı sursatlar, "Mersad" taktiki sistemi, "Passiv" radarı, "Yavər" layihəsi, "Serac" sistemi və "Skayqard" lokatorunun təqdimatı olub.Həmçinin "Hael" topu, Merac-4 radarı, Sadeq-3 sistemi, Məcid sistemi, Kavoş və Arəş lokatorları silahlı qüvvələrin bugünkü paradında sərgilənən digər nailiyyətlərdən olubdur.Fərvərdin ayının 29-u, İran İslam Respublikası Ordusu üzvlərinin rəşadətləri və fədakarlıqlarının dəyərləndirilməsi günüdür və bu gün, İranda ordu günü adlandırılıbdır.

  • Yazılıb
  • da (də) 2019 Apr 18
  • Göndərən مدير سايت Aran News