13 apreldə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Bütöv Azərbaycan Ocaqları”nın (BAO) birinci forumunu ifratçı və separatçıların dəstəklənməsi kimi mənalandırmaq olar. Azərbaycan Respublikasında Qarabağ münaqişəsinə görə yaranmış problemlərə və regionun həssas durumuna diqqət etməklə Bakının belə bir forum keçirməsinin pərdəsi arxasında təşkilatlanmış terrorizm və ekstremizin əsl hamisi olan ABŞ və onun məşum övladı işğalçı sionist rejim görünür. Bakı hər zamandan daha artıq diqqətli olmalıdır.
AranNews – Azərbaycan Respublikası torpaqları zalımcasına işğala məruz qaldığı günlərdən İran İslam Respublikasının xalqı və rəsmiləri öz dini və insani vəzifəsinə uyğun olaraq Azərbaycan xalqının məzlum xalqına geniş və açıq-aşkar dəstəyini verməyə tələsdi, bu yolda özünün heç nəyini, hətta canını belə əsirgəmədi, İranın hörmətli rəhbəri də bir din alimi və müctəhid olaraq Qarabağı İslam torpağı, onun uğrunda ölənləri şəhid adlandırdı.Azərbaycan Respublikası öz siyasi ayıq-sayıqlığını qorumaq, ortaq tarixi və mədəniyyətə, Arazın hər iki sahili xalqının səmimi qonşuluğuna hörmətlə yanaşmaqla Amerikanın kökü olmayan siyasətçiləri tərəfindən hazırlanmış “Bütöv Azərbaycan forumu” keçirilməsi kimi oyuna girməkdən çəkinməli, bu təhlükəli oyunda ən azından bitərəf olduğunu bildirməlidir.İran bugün dünyanın mühüm ölkələrindən biridir və regionun, hətta Avropa və Asiyanın təhlükəsizliyinin qorunmasındakı təsirli rolu heç kimə gizli deyil. Terrorçu və ifratçıların hər zamandan daha artıq Qafqaza sayə saldığı belə bir təhlükəli tarixi dövrdə İranla birgə olmaq və bu ölkənin strateji təcrübələrindən istifadə etmək faydalı ola bilər.Bugün amerikalılar digər ölkələrdən daha yaxşı bilir ki, İran mütəşəkkil terrorçu qüvvələri geri oturtmaqda, terrorizmə qalib gəlməkdə, regionda sabitlik amili olmaqda beynəlxalq nüfuz və gücə malikdir, Amerikanın Yaxın Şərqdə və Qafqazda həyata keçirmək istədiyi məkrli planları puç edir.İran və Azərbaycanın müsəlman xalqı tarix boyu din və mədəniyyət baxımından bir-birinə təsir qoymuşdur. Bu təsirin nəticəsi isə sülh, əmin-amanlıq və həmrəylik olmuşdur. Azərbaycan Respublikasının müsəlmanları da İran əhalisi kimi şiədir və şiə məktəbinin uca təlimləri əsasında daim sülh və əmin-amanlıqda yaşamışdır, heç bir ölkə və qrupa təcavüz etməmişdir. Ümumi olaraq regional problem və təhdidlər həmişə Səudiyyə Ərəbistanının istiqamətləndirdiyi ifratçı sapınmışlar və vəhabilər tərəfindən olmuşdur.Sözsüz, Azərbaycan Respublikası xalqı yaxın gələcəkdə Qarabağı azad etmək üçün regional və beynəlxalq oyunçuların istəyinin əksinə olaraq öz dostları və müttəfiqləri ilə əl-ələ verərək əməli addım atacaq. Əlbəttə, mümkündür o gün terrorizm və digər ləqəblərlə ittiham olunsun. Necə ki, HƏMAS və Livan Hizbullahı öz torpaqlarını azad etmək üçün atdığı addımlara görə terrorçu adlandırılır. Qərb məşum sionist rejiminin təhlükəsizliyini təmin etmək üçün HƏMAS və Hizbullah kimi öz torpaqlarının azad olunmasına səy edənləri terrorçu kimi tanıtmağa çalışır.Uyğun olmayan siyasi iclasların keçirilməsi məlum olan bir qrupun lobbiliyi, ya nüfuzu səbəbindən baş tutur. Bu kimi hərəkətlər səhlənkarlıq üzündən da ola bilər. Necə ki, Ermənistanın baş nazirinin İran səfərində bunu gördük. Amma İranın sayıq müsəlman xalqı, məsulları və müxtəlif cinahları bu xoşagəlməz hadisəni pislədi.Gözləntimiz budur ki, Arazın o tayında da xalq və dövlət öz ayıq-sayıqlığı ilə coğrafi sərhədlərə və beynəlxalq qanunlara hörmətsizlik sayılan, iki dost və qardaş ölkənin yaxşı qonşuluq əsaslarının ziddinə olan separatçılıq xarakterli forumlara (Bütöv Azərbaycan forumu) qarşı lazımi ölçü götürəcək və onun təkrar olunmasının qarşısını alacaq.