Tarix : 2019 Apr 20
Kod 58005

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri istefa verdi

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.

Arannews-“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.L.Jvania vəzifəsindən azad olunması ilə bağlı dövlət başçısı Salome Zurabişviliyə mart ayında müraciət edib. O, mayın 1-dən etibarən vəzifəsini tərk edəcək.Qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub. 

  • Yazılıb
  • da (də) 2019 Apr 20
  • Göndərən مدير سايت Aran News