Arannews-Tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani, İranın Azərbaycandakı səfiri Cavad Cavadzadə və digər rəsmilər iştirak ediblər.Mərkəzin rəhbəri Hüseyn Pirmüəzzin jurnalistlərə açıqlamasında bildirib ki,bu mərkəz iki ölkə arasında ticari əlaqələrin inkişafına müsbət töhfə verəcək: "Mərkəz sahibkarların problemlərinin həllinə dəstək verməyə hazırdır. Biz onları lazımi informasiya ilə təmin edəcəyik".