Tarix : 2019 Apr 21
Kod 58012

Düşmən həftə boyu atəşkəsi 135 dəfə pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatlarına istinadən bildirilir ki, işğalçı Ermənistanın silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində həftə ərzində atəşkəs rejimini 135 dəfə pozub.

Arannews-Təkcə ötən gecə Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub

  • Yazılıb
  • da (də) 2019 Apr 21
  • Göndərən مدير سايت Aran News