Xəbər Lenti

“Qüdsün və Qarabağın müdafiəsi hər bir müsəlmanın ilahi borcudur” - Hacı Mövsüm Səmədov

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

İmam Həsənin (ə) mövlud günüdür

“Cəzaların humanistləşdirilməsi və ömürlük məhbuslar” mövzusunda dəyirmi masa keçirilib

AXCP-nin zona müşavirəsinin keçirilməsinə imkan verilmədi

Müxalifətçinin qardaşı koloniyada ona qarşı qeyri-insani rəftarın olduğunu bildirib

Əhsən Nuruzadə “karser”ə salındı

Düşənbədə “Mərkəzi Asiya + Yaponiya” dialoqu çərçivəsində xarici işlər nazirlərinin müşavirəsi keçirilib

Zaur Darğallı 78,6% səslə Marneuli rayonunun rəhbəri seçilib

Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub

Gürcüstanda seçkilər başa çatıb

Ramazan ayının 14-cü gününün duası

Köçəryan azadlığa çıxdı, Nikol xalqı inqilaba çağırd

Sionist rejimin təsis olunması: təbrik ya başsağlığı
1948-ci ildə dünya öz tarixində məşum və acı hadisənin şahidi oldu. Bu hadisə böyük və ağrılı bir faciənin başlanğıcı oldu.

Hacı Şahin: “Onlar oruc tutmasa yaxşıdır”

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər

Avropa Şurası üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir

İsraildə dindar yəhudilər Eurovision-a etiraz olaraq aksiya keçirdilər: Polislər yaralandı

Azərbaycanlı millət vəkili Britaniyanı tənqid atəşinə tutdu

Paşinyana qarşı yeni partiya yarandı

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir

XİN Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Paşinyan sülh danışıqları barədə: “Tormozlamayacağıq”

İmam Musa Sədrin əsərləri

DİN: Dünən Azərbaycanda 30 cinayət hadisəsi baş verib

QAT-ın mitinqinə icazə verilmədi

Tehran və Bakı rabitə sahəsində əməkdaşlıq protokolu imzalayıblar

Hacı Mövsüm Səmədov azadlığa çıxan məhbusları təbrik etdi

Azərbaycanda növbəti parlament seçkilərinin vaxtı açıqlandı

Naxçıvan ali məclisinin sədri Tehran-Bakı həmkarlığının genişləndirilməsini vurğulayıb

Gürcüstanda məscid tikintisi ilə bağlı çətinliklər var`

Putin: İran bu gün dünyanın ən şəffaf nüvə proqramına malikdir

Cəbhədə düşmən təxribatı

Suriya ordusu İdlibin cənbununa daxil oldu

Mübariz Qurbanlının xüms haqqında təəccüblü açıqlaması

Ermənistan ordusunun daha bir əsgəri öldü

Gürcüstan XİN Azərbaycan tərəfi ilə keçirilən görüş barədə bəyanat yayıb

Vəkil: Avropa Məhkəməsinə göndərilən şikayətlət ünvanına çatmır

Putin və Pompeo İranın nüvə sazişini müzakirə ediblər

Arxiv
 
Tarix : 2019 apr 21     |     Kod : 58013

''Yeməyə çörək tapmırdıq, böyrəyimi satdım, bazarlıq elədim

Böyrək alverində günahlandırılan şəxsin məhkəməsi davam edir

Arannews-Azərbaycanda böyrək alverilə məşğul olmaqda təqsirləndirilərək həbs olunan Vahib Xudadatovun məhkəməsində zərərçəkənlərin dindirilməsi mərhələsidir. Zərərçəkən qismində tanınan şəxslər də böyrəyini satanlardır.  Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə daha üç nəfər dindirilib. Üçü də deyib ki, maddi ehtiyaclar üzündən böyrəklərini satmaq qərarına gəliblər.Əvvəlcə Səid Ağayev ifadə verib. O bildirib ki, banka 3 min manat borcu olub: “Bank əməkdaşları tez-tez narahat edirdi. Krediti qaytarmaq üçün daim pul axtarırdım. Həmin ərəfədə əmim oğlu Elmanla görüşəndə dedi ki, böyrəyini Sahib adlı şəxs vasitəsi ilə satıb. Bir müddət sonra Bakıda Elmanla görüşəndə ona dedim ki, böyrək istəyən olsa, mənə xəbər eləsin”.Xudadatovun adı Vahib olsa da, böyrəyini satan adamlara özünü Sahib kimi təqdim edib. Ona görə də məhkəmədə dindirilən zərərçəkənlər Sahib deyəndə onu nəzərdə tuturlar.“Metronun “Nərimanov” stansiyasının yaxınlığında əmim oğlu ilə görüşdük, Sahib də yanında idi. Onda da dedim ki, böyrəyimi satmaq istəyirəm. Təxminən on gün sonra Sahib məni “Semaşko” xəstəxanasına çağırdı, orada qan analizi verdim. Böyrəyimi 12 min manata satmaq barədə razılığa gəldik. Demişdi ki, böyrəyim Pirəli adlı şəxsə köçürüləcək. Sahib və Pirəli ilə Tehrana getdik, orada həkim Mohsen Tahirinin işlədiyi xəstəxanada müayinədən keçdik. Bakıya qayıtdıq, sonra Gürcüstana getməliydik, əməliyyat orada olmalıydı. Amma hava limanında fikrimi dəyişdim, Gürcüstana getməkdən imtina etdim. Çünki əməliyyatdan qorxdum”, - deyə S.Ağayev bildirib.S.Ağayev imtina etdiyinə görə təcili böyrək köçürməsinə ehtiyacı olan Pirəli Rəhimov üçün yeni donor axtarılıb. Şakir Nağıyev də həmkəndlisi Elman Ağayevin yanında deyib ki, böyrəyini satmaq istəyir. E.Ağayev onu V.Xudadatovla tanış edib. V.Xudadatov da onları böyrək köçürməsinə ehtiyacı olan P.Rəhimovla görüşdürüb: “Bakıda fəhlə işləyirdim. Qəzaya düşdüm, səhhətimdə problem yarandı. Kirayə pulunu verə bilmədiyim üçün rayona geri qayıtdım. Maddi durumum yaxşı deyildi. Ona görə böyrəyimi satmaq qərarına gəldim”.Zərərçəkənin sözlərinə görə, o, bir böyrəyini 17 min dollara satmağa razılaşıb: “Mənim söhbətlərim əsasən Elmanla olub. Heç kimdən şikayət və tələbim yoxdur. Sahibdən nədəsə narazı olsaydım, özünə deyərdim, niyə şikayət edirdim?!”Zərərçəkmiş Rüstəm Ramazanov ifadəsində bildirib ki, böyrəyini satdığı ərəfədə evdə yemək-içmək tapmırdılar, aclıq çəkirdilər. Salyanda 5 saylı internatda yaşadığını, oranın rəhbərinin qorxunc əməllərindən sonra çıxıb getdiyini deyən zərərçəkmişin sözlərinə görə, maddi durumu həddindən artıq pis idi: “Maddi vəziyyətimiz çox pis idi. Yeməyə çörək tapmırdıq. Qardaşım da həbsdə idi. Ona görə internetdə böyrəyimi satışa çıxartdım. Qiyməti dəqiq xatırlamıram. Bir müddət sonra Sahib müəllim zəng elədi. Rayondan Bakıya gəlib onunla Biləcəridə görüşdüm. 12 min manata razılaşdıq”.R.Ramazanov deyib ki, elə həmin gün V.Xudadatova evdə yemək tapmadıqlarını danışıb. Bundan sonra Xudadatov ona əvvəlcədən 100 manat verib: “O pula gedib bazarlıq elədim, kartof-soğan aldım. Daha sonra İrana getdim. Mən də, böyrəyimi verdiyim Fərhad da müayinədən keçdik. Köçürmənin mümkün olduğu deyiləndən sonra Tacikistanda əməliyyat olundum. Qayıdandan sonra Sahib pulumu verdi. Şikayətim, tələbim yoxdur”.Məhkəmə prosesi aprelin 26-da davam edəcək.

Cinayət işində təqsirləndirilən şəxs qismində Tbilisidəki “Lanset” klinikasının azərbaycanlı rəhbəri, hazırda Gürcüstanda həbsdə olan Fərman Ceyranlıdan tutmuş, İran vətəndaşı olan həkim-transplantoloq, Bakıdakı müxtəlif klinikaların tez-tez Azərbaycana dəvət etdiyi Tahiri Mahmudi Mohsenə qədər bir çoxunun adı keçir. Amma bu gün məhkəmə qarşısında müttəhimlər kürsüsündə bir nəfər var – taksi sürücüsü Vahib Xudadatov. O, insan orqanlarının alqı-satqısı, transplantasiyasına məcbur etmə, insan alveri, dələduzluq kimi əməllərdə ittiham olunur.Ağdam sakini olan 62 yaşlı V.Xudadatov özünü təqsirli bilmir. Məhkəmədə də bildirib ki, o, sadəcə, imkansızlıqdan böyrəyini satmaq istəyənlərlə donor tapmaq istəyən xəstə yaxınları arasında vasitəçilik edib. Buna görə transplantasiya əməliyyatı başa çatandan sonra ona hər iki tərəf 200-500, bəzən 1000-1200 manat pul veriblər. O da böyrəyini satmaq istəyən adamlarla buna ehtiyacı olanları görüşdürüb, sonra müayinə üçün İrada aparıb, orada Mohsen Tahiri hər iki orqanizmi müayinə edib köçürmənin mümkünlüyü barədə rəy verəndən sonra gedib Gürcüstanda “Lanset” klinikasında bu əməliyyatı həyata keçiriblər. Cərrahiyyə əməliyyatını Mohsen Tahiri özü gəlib edib. 2016-cı ilin martın əvvəlində Fərman Ceyranlının həbsi və klinikanın bağlanmasından sonra əməliyyatlar Tacikistanda Transplantasiya Mərkəzində həyata keçirilib.



Açar sözlər : 

Yazılıb da (də)   2019 apr 21  Saat  11   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin