Tarix : 2019 Apr 21
Kod 58015

Bakıda Həzrət Vəliyye Əsr(əc)-in mövlud mərasimi keçirilib

Bakıda Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən Həzrət Vəliyye Əsr, Məhdiye Moud(əc)-in mövlud mərasimi keçirilib.

Arannews-Dünən axşam keçirilmiş bu mərasimdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadə, Vəliyye Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Seyyed Əli Əkbər Ocaqnejad, ikigünlük səfər məqsədilə Bakıda səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani, İranın Bakıdakı səfiri Cavad Cahangirzadə, bir qrup azəri din xadimi və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin elmi-dini şurasının üzvləri iştirak ediblər.Mərasimdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri imamlıq səmasının on ikinci parlaq ulduzu, Həzrət Sahib Əzzəman(əc)-in səadətli mövludunu təbrik edərək, onu bəşəriyyət üçün mühüm bir hadisə adlandırıbdır.Allahşükür Paşazdə Azərbaycan Respublikası xalqının bu ölkənin istiqlaliyyət əldə etməsindən sonra dini-mənəvi dəyərlərə üz tutması, eləcə də sabiq SSRİ dövründə mövcud olmuş sıxıntılar haqda belə deyib: Azərbaycan Respublikası xalqı bütün maneələrə rəğmən, müqəddəs İslam dininə sədaqətini və pak imamlara məhəbbətini öz qəlbində qoruyub saxlayıbdır.Vəliyye Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Seyyed Əli Əkbər Ocaqnejad da bu mərasimdə Həzrət Sahib Əzzəman(əc)-in fəzilətləri və böyük İslam Peyğəmbəri(s.ə.s)-in öz zamanının imamını tanımağa dair hədisinə işarə edərək, söyləyib: Bizim hamımızın vəzifəsi, İmam Zaman(əc)-i tanımaq və o həzrətə tabe olmaqdır.Mərasimin davamında bir qrup iranlı və azəri şair və mədhiyyəçi o pak imamın vəsfində mədhiyyələr söyləyibdir.Sabah, 1440-cı il hicri qəməri ili şəban ayının on beşi, dünya şiələrinin on ikinci imamı, Həzrət Məhdi(əc)-in mövludunun ildönümü günüdür.

  • Yazılıb
  • da (də) 2019 Apr 21
  • Göndərən مدير سايت Aran News