Tarix : 2019 Apr 23
Kod 58017

Mustafa Qorxmaz Qafqaz universitetlərinin açılış mərasimində: Kapitalizm dəyərləri İslam dəyərləri ilə fərqlidir

Qafqaz Universitetləri Birliyinin rəhbəri bugün dünyanın çox sürətlə inkişafda olmasına və dünyada dəyişiklik yarada bilənlərin yalnız iradə və məqsəd sahibləri olmasına işarə edərək deyib: “İran və Türkiyə kapitalizm quruluşunun qarşısında dayanmışdır.”

AranNews – Mustafa Qorxmaz Təbrizdə Qafqaz Universitetləri Birliyinə üzv ölkələrin “Bacarıq Sərgisi”nin açılış mərasimində deyib: “İran və Türkiyə kapitalizm quruluşunun qarşısında dayanmışdır. Təəssüflər olsun ki, digər müsəlman ölkələr bu məsələyə yalnız tamaşaçı kimi yanaşırlar.”M. Qorxmaz əlavə edib: “Dünyada dəyişiklik yaratmaq üçün onu hiss etmək lazımdır və insani münasibətlər yolu ilə onu dəyişmək lazımdır.”Qafqaz Universitetləri Birliyinin rəhbəri çıxışının digər hissəsində deyib: “Bildiyiniz kimi kapitalizm dəyərləri İslam dəyərlərindən fərqlidir. Kapitalizm hər bəhanə ilə bir şey əldə etməyə çalışır, amma bizim əsas məsələmiz insani dəyərlər və sevgidir.Biz humanist yanaşma seçməliyik, İran və Türkiyə öz insani və dost münasibətlərini genişləndirməlidir.Bu önəmli hədəfi həyata keçirmək üçün öz universitetlərimiz arasında məlumat və bilik mübadiləsi aparmalıyıq, Türkiyə tələbələri İranda təhsil almaqla bu ölkənin mədəniyyət, incəsənət və tarixi ilə yaxından tanış olmalıdır. İran tələbələri də qarşılıqlı olaraq Türkiyədə təhsil almalıdır.”Türkiyənin Təbrizdəki baş konsulu da İran və Türkiyə arasında siyasi və iqtisadi münasibətlərin genişləndirilməsinə təkid edərək deyib: “Bu toplantı elm və tədqiqat məlumatlarının mübadiləsi istiqamətində baş tutmuşdur və mən Türkiyənin dost və qonşu bir ölkə ilə yaxşı münasibətlərinin olması ilə fəxr edirəm. Bu yaxşı münasibətlər yalnız iki ölkə başçıları və məsullarının möhkəm iradəsi sayəsində baş tutmuşdur.”Hüseyn Güngör əlavə edib: “Təbriz tanınmış bir şəhərdir və türkiyəli tacirlər qədim zamanlardan bəri bu şəhərə səfər edirlər. Təbriz universitetləri də qədimdən elmi-təhqiqat və tibb sahəsində region ölkələr arasında məşhur olmuşdur. Bu elmi münasibətlər üçün qarşılıqlı olaraq Türkiyədə də şərait yaranmasını istəyirik.”

Açılış mərasiminin digər natiqi Təbriz Universitetinin rektoru Rza Məcidi olub. Rektor deyib: “Müasir həyatda münasibətlər hər şeydən önəmlidir, münasibət və əlaqələr nə qədər çox olarsa güclər bir o qədər artır. Bunu başa düşən İslam düşmənləri müsəlman ölkələri arasında münasibətlərin qurulmasının qarşısını almağa təlaş edir.”Rza Məcidi daha sonra deyib: “Təbriz İpək yolunun kəsişmə nöqtəsində və çox əhəmiyyətli coğrafi bir məntəqədə yerləşir. Təbriz Universiteti də ölkənin şimal-qərbinin ən böyük elmi mərkəzi olaraq Qafqaz Universitetləri Birliyinin iclasına evsahibliyi edir.”


  • Yazılıb
  • da (də) 2019 Apr 23
  • Göndərən مدير سايت Aran News