Tarix : 2019 Apr 22
Kod 58019

Bakıda İmam Məhdinin (ə.f) mövlud tədbiri keçirilib

Bakının Sahil qəsəbəsi Həzrəti Fatimeyi Zəhra məscidində İmam Zaman (ə f) ın doğum günü ilə bağlı tədbir keçirilib

Arannews-İslamazeri.com xəbər verir ki, dünən Bakının Sahil qəsəbəsi Həzrəti Fatimeyi Zəhra məscidində İmam Zaman (ə f) ın doğum günü ilə bağlı İntizar adlı tədbir keçirilib.İlk olaraq tədbiri Qurani Kərim sədaları ilə Kərbəlayi Rahibin çıxışı ilə başlayıb. Daha sonra ilahiyyatçılar Hacı Əhliman Rüstəmov və Hacı Fazil İmanlı çıxış edib. Onlar çıxışlarında Zəmanə İmamının mübarək təvəllüdü, onun zühuru və ədalət gününün qalib olmasını gözləyən - müntəzirlərdən danışıblar.Daha sonra azyaşlılardan ibarət "Əhli Beyt fidanları" və "Tuba meyvələri"nin çıxışları olub.Əhlibeyt məddahları da Əhlibeyt və İmam Məhdi haqqında mədhiyyə və qəzəllər oxuyublar.Mərasimdə viktorina keçirilib və düzgün cavab verənlərə hədiyyə təqdim olunub.


  • Yazılıb
  • da (də) 2019 Apr 22
  • Göndərən مدير سايت Aran News