Tarix : 2019 Apr 22
Kod 58021

Ayətullah Xamenei İnqilab Keşikçiləri Korpusu - Sepaha yeni komandan təyin etdi

İran İslam İqilabının rəhbəri Ayətullah Xamenei İnqilab Keşikçiləri Korpusuna yeni komandan təyin edib

Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı Lideri Ayətullah Seyid Əli Xameneinin informasiya portalının bu gün verdiyi məlumata görə, İranın Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullahül-üzma Xamenei bir fərmanda  General Polkovnik Məhəmmədəli Cəfərinin Sepahın komandanı olduğu müddətdəki dəyərli xidmətlərini yüksək qiymətləndirərək General Hüseyn Səlamini General Polkovnik rütbəsinə yüksəldərək onu İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanı vəzifəsinə təyin edib.İranın Silahlı Qüvvələrin Ali Baş Komandanının fərmanında Sepahın yeni komandanına xitabən deyilir: "Qabiliyyətlərin bütün sahələrdə yüksəldilməsi, bütün istiqamətlərdə hazırlığın eləcə də Sepahın gövhəri olan təqva və bəsirətin gücləndirilməsi, General Cəfərinin dövründə üzərində işlənilmiş mənəvi əsaslar və profesional qabiliyyətlər üzərində idarəetmə və mədəni yüksəlişin genişləndirilməsinin yeni komandanın yenilikləri ilə daha da artacağı və Sepahın özünün təkamül yolundakı hərəkəti uğrunda böyük addımlar atacağı gözlənilir."

  • Yazılıb
  • da (də) 2019 Apr 22
  • Göndərən مدير سايت Aran News