Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasında mövcud olan "MiQ-29" təyyarələrini "4++"cu nəsil "Su-30SM" tipli çoxməqsədli qırıcılar ilə əvəz edəcək. Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək.
Arannews-Bu barədə Rusiya hərbi idarəsindəki mənbəyə istinadən TASS məlumat yayıb.Məlumata görə, aviabazanın "Su-30SM" qırıcıları ilə təchiz edilməsinə artıq gələn ildən başlanacaq. Təyyarələrin tədarükü 2020-2021-ci illərdə olmaqla, iki mərhələdə həyata keçiriləcək.Bildirilir ki, aviabazada olan "MiQ-29"ların hamısının "Su-30SM" qırıcıları ilə əvəzlənməsi planlaşdırılır.
Report.az