Gürcüstan Rusiya hərbi təyyarələrinin yenidən ölkənin hava sərhədlərini pozacağı təqdirdə hava hücumundan müdafiə sistemlərindən istifadə edəcəyini və təyyarələri vuracağını bildirib
Georgia Servisi/Aran Agentliyi
Rusiya KİV-nin yaydığı məlumata görə, bunu Gürcüstan parlamentinin üzvləri, həmçinin müxalifət nümayəndələri bəyan ediblər. Deputat Georgi Tortladze həmkarlarını Gürcüstan hökuməti qarşısında bu təşəbbüslə çıxış etməyə çağırıb. Lakin məsələ ilə hələ rəsmi müraciətin edilməsinə dair qərar qəbul olunmayıb. Bəzi ekspertlərin rəyinə görə, Gürcüstan Rusiya təyyarələrinə qarşı istifadə etməyə tələb olunan müdafiə sistemlərinə malik deyil.
Gürcüstan Xarici İşlər Nazirliyi isə iyulun 11-də BMT-nin Təhlükəsizlik Şurasında gürcü-abxaz, gürcü-osetin konflikt zonalarında vəziyyətin kəskinləşməsi ilə bağlı məsələnin müzakirə edilməsi üçün təcili iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edib.