Tarix : 2019 Apr 25
Kod 58039

Yəmən cəbhəsi: Səud mövqelərinə Zilzal-1 raketləri atıldı, pilotsuz aparatla hücum edildi - ölənlər var

Yəmən Ordusu və könüllüləri Səud Ordusu və onlara pul müqabilində muzdlusu olan qruplara ağır zərbələr endirib
Arannews-"almasirah"a istinadən xəbər verir ki, Yəmən Ordusu və könüllüləri çərşənbə axşamı gecə saatlarında Həccə əyalətində Səudiyyə Ordusunun mövqelərinə 4 Zilzal-1 tipli raket atıb. Məlumata görə, hücum zamanı 15 səudiyyəli hərbçi və muzdlu ölüb və yaralanıblar. Yaralılar hərbi hospitala çatdırılıb.Qeyd edilir ki, Səudiyyə Ordusunun nəzarətində olan bu nöqtə raket zərbələrindən sonra nəzarətsiz qalıb.Bu gün isə Yəmən Ordusu Səudiyyənin Asir Rabiya bölgəsində olan hərbi birliklərinə K1 tipli pilotsuz uçan aparat vasitəsilə havadan hücum edib. Hücum zamanı vəhabi krallıq yenə itki verib.Bundan başqa Yəmən Ordusu quru hücumlarını davam etdirir. Belə ki, hücumlar zamanı vəhabi krallıq üçün pul müqabilində muzdlu döyüşənlər öldürülüblər. Yəmənli könüllülərin bir neçə öldürülmüş muzdlunun fotosunu yayıblayıb

  • Yazılıb
  • da (də) 2019 Apr 25
  • Göndərən مدير سايت Aran News