Tarix : 2019 Apr 26
Kod 58042

Tehran və Bakının hərbi rəsmiləri müzakirə ediblər

İran və Azərbaycan Respublikasının hərbi həmkarlıqları Moskvada nəzərdən keçirilib.

Arannews-Azərbaycan Respublikası müdafiə nazirliyinin bildirişinə əsasən, bu gün Moskvada keçirilən səkkizinci beynəlxalq təhlükəsizlik konfransının kənarında İran və Azərbaycan Respublikasının hərbi həmkarlıqları Azərbaycan Respublikası müdafiə nazirinin müavini general Kərim Vəliyevin İran İslam Respublikası müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müavini general Mohəmməd Eslaminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub. Bu iclasda tərəflər ikitərəfli hərbi əməkdaşlıqlar və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.

  • Yazılıb
  • da (də) 2019 Apr 26
  • Göndərən مدير سايت Aran News