Tarix : 2019 Apr 27
Kod 58047

İran və Rusiyadan terrorla mübarizəyə davam vurğusu

Görüşdə Əmir Xatəmi iki ölkə arasında bütün sahələrdə inkişaf edən əlaqələrdən duyduğu məmnuniyyəti dilə gətirib.

Arannews-İslamazeri.com xəbər verir ki, görüşdə Əmir Xatəmi iki ölkə arasında bütün sahələrdə inkişaf edən əlaqələrdən duyduğu məmnuniyyəti dilə gətirib.General Xatəmi İran və Rusiya arasında müdafiə və təhlükəsizlik əməkdaşlığının daim inkişaf etdiyini, iki ölkənin yuxarı səviyyəli səlahiyyətlilərinin bu əlaqələrin regionda və dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün inkişaf etdirilməsinə təkid etdiklərini qeyd edib.Görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu da İran və Rusiya arasında hərbi - müdafiə əməkdaşlığının çox yaxşı inkişaf etdiyini bildirərək, iki ölkənin Astana prosesi çərçivəsində Suriyada terrorizmlə mübarizədə və bu ölkədə atəşkəsin təmin edilməsində təsirli rol ifa etdiklərini vurğulayıb.

  • Yazılıb
  • da (də) 2019 Apr 27
  • Göndərən مدير سايت Aran News