Tarix : 2019 Apr 27
Kod 58049

Rusiya-Azərbaycan-İran sammitinin tarixi bəlli olub

Azərbaycan, İran və Rusiya liderlərinin üçüncü sammiti avqust ayında RF-da keçiriləcək.

Arannews-FaktXeber.com-un məlumatına görə, bu barədə RF prezidenti Vladimir Putin Pekində  «Bir kəmər, bir yol» II Beynəlxalq  Forumda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı xəbər verib.«Biz avqust ayında növbəti  Rusiya-Azərbaycan-İran sammitinin keçirilməsi barədə razılığa gəlmişik», - deyə Putin açıqlamasında vurğulayıb.İkitərəfli ticarətə gəldikdə isə Rusiya lideri bildirib ki, Azərbaycanla ticari dövriyyə ötən il təqribən 14 faiz artaraq 2,5 mlrd dollara çatdırılıb.Xatırladaq ki, İlham Əliyev hazırda Pekində «Bir Kəmər, bir yol» II Beynəlxalq Əməkdaşlıq  Forumunda iştirak edir.

  • Yazılıb
  • da (də) 2019 Apr 27
  • Göndərən مدير سايت Aran News