azərbaycanlılardan biri Çeçenistan və İnquşetiya sərhədindəki «Qafqaz» nəzarət-buraxılış məntəqəsində saxlanılıb
Russia Servisi/Aran Agentliyi
Çeçenistanda Rusiya sərhədini pozduğuna görə üç azərbaycanlı saxlanılıb. Məlumatı «İnterfaks» agentliyinə Çeçenistan Respublikası operativ qərargahının birləşmiş mətbuat mərkəzinin rəhbəri Nikolay Varavin verib. Onun sözlərinə görə, azərbaycanlılardan biri Çeçenistan və İnquşetiya sərhədindəki «Qafqaz» nəzarət-buraxılış məntəqəsində saxlanılıb: «Rusiya DİN müvəqqəti operativ qrupunun əməkdaşları «Qazel» markalı avtomaşınının sərnişinlərinin sənədlərini yoxlayarkən Azərbaycan vətəndaşının Rusiya dövlət sərhədini keçməsi barədə heç bir sənədinin olmadığı aşkarlanıb».
Nikolay Varavin bildirib ki, digər iki azərbaycanlı isə Çeçenistanın başqa rayonunda saxlanılıb. Onların da dövlət sərhədinin qanuni yolla keçməsi barədə heç bir sənədi olmayıb.