Tarix : 2019 Apr 27
Kod 58050

Amiri: İran İraqı müdafiə etməkdə heç nəyini əsirgəmədi-Amerika İraqdan çıxsın

Əl-Sumaria News”-in verdiyi xəbərə görə, İraq “Əl-Fəth” koalisiyasının rəhbəri Hadi əl-Amiri deyib: “İran İraqı və müqəddəs məkanları müdafiə etmək üçün heç nəyi əsirgəmədi.”

Arannews-Ayətullah əl-üzma Seyid Əli Sistaninin İŞİD əleyhinə cihad fətvasının ildönümü münasibətilə çıxış edən Əl-Fəth koalisiyasının rəhbəri vurğulayıb: “Livan Hizbullahı İŞİD əleyhinə mübarizədə İraqın təhlükəsizlik qüvvələrinə kömək etdi.
Amiri əlavə edib: “Hamı elə düşünürdü ki, İraq İŞİD əleyhinə mübarizədə qalib ola bilməyəcək. Amma İraq əhalisi hamıya sübut etdi ki, dünyanın ən böyük və təhlükəli terror qrupunu məhv etməyə qadirdir.”Amiri həmçinin deyib: “Bizim Amerikanın, yaxud Türkiyənin hərbi bazalarına ehtiyacımız yoxdur. Amerika qüvvələrinin İraqda hüzuruna icazə verməyəcəyik.”

  • Yazılıb
  • da (də) 2019 Apr 27
  • Göndərən مدير سايت Aran News