Tarix : 2019 Apr 28
Kod 58052

Ermənistan Füzuli-Cəbrayıl istiqamətində növbəti hərbi təlim keçirdi

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müdafiə ordusu” adı altında maskalanmış Ermənistan ordusu döyüş atışlarıyla müşayiət olunan hərbi təlimlər keçirib.

Arannews-Moderator xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,  Füzuli-Cəbrayıl istiqamətindəki qanunsuz hərbi hissələrin qatıldığı təlimləri qondarma rejimin “müdafiə naziri” hesab edilən Karen Abramyan ad-soyadlı adamabənzər məxluqla yanaşı, Ermənistan Respublikası Silahlı Qüvvələrinin müfəttişi general-polkovnik Movses Akopyan da müşahidə edib. Düşmən ordusunun təlimlərində artilleriya və zirehli texnika da iştirak edib.



  • Yazılıb
  • da (də) 2019 Apr 28
  • Göndərən مدير سايت Aran News