Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müdafiə ordusu” adı altında maskalanmış Ermənistan ordusu döyüş atışlarıyla müşayiət olunan hərbi təlimlər keçirib.
Arannews-Moderator xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, Füzuli-Cəbrayıl istiqamətindəki qanunsuz hərbi hissələrin qatıldığı təlimləri qondarma rejimin “müdafiə naziri” hesab edilən Karen Abramyan ad-soyadlı adamabənzər məxluqla yanaşı, Ermənistan Respublikası Silahlı Qüvvələrinin müfəttişi general-polkovnik Movses Akopyan da müşahidə edib. Düşmən ordusunun təlimlərində artilleriya və zirehli texnika da iştirak edib.