Tarix : 2019 Apr 28
Kod 58054

İranın sünni əhlindən olan imamcümələri ərəbistanda 37 nəfərin edam olunmasını pisləyiblər

İranın Buşehr vilayətinin şəhər və kəndlərinin sünni əhlindən olan imamcümələri, fitva şurası və ruhanilər şurasının üzvləri ali-səudun 37 ərəbistan vətəndaşını edam etməsini pisləyiblər.

Arannews-Onlar dünən gecə birgə bəyanat yayaraq, bildiriblər: Qətl və qırğınlar törədən ali-səud rejiminin 37 ərəbistan vətəndaşını haqsız olaraq edam etmək üzrə ağılsız və qeyri-şəri hərəkəti belə bir həqiqətdən xəbər verir ki, səud başçıları insanların həyatlarına heç bir dəyər vermirlər.İranın Buşehr vilayətinin sünni əhlindən olan şəhər və kəndlərinin imamcümələri, fitva şurası və ruhanilər şurasının üzvləri sionist rejim ilə Amerikanın bu cinayətdə ali-səudun əsas şərikləri olduqlarını bəyan edərək, dünya ictimaiyyətindən bu məsələni araşdırmasını istəyiblər.Səudiyyə daxili işlər nazirliyi çərşənbə axşamı günü "terrorçu və terrorizmlə əlaqədə olmaq " ittihamları ilə bu öklə vətəndaşlarından 37 nəfərin edam edilməsindən xəbər verdi.Səud dövləti terrorizmlə mübarizə bəhanəsi və söz azadlığı ilə mübarizə məqsədi ilə hər il ali-səud müxaliflərindən bir qrupunu ağır cəzalara və edama məhkum edir.Beynəlxalq Amnistiya təşkilatının məlumatına görə, 2018-ci ildə Səudiyyə Ərəbistanında 149 nəfər edam edilib.Səudiyyə Ərəbistanı dünyada yeganə ölkədir ki, ölüm hökmlərini boyun vurmaqla icra edir.

  • Yazılıb
  • da (də) 2019 Apr 28
  • Göndərən مدير سايت Aran News