Tarix : 2019 Apr 29
Kod 58061

Azərbaycan R-da zəvvarlara nəzarət qanunu qəbul olunacaq

Azərbaycan Respublikasının parlament rəsmisi deyib ki, bu ölkədə məsum imamlar(ə)-ın zəvvarlarına nəzarət və ziyarət səfərlərinin məhdudlaşdırılması qanunu qəbul olunacaq.

Arannews-Azərbaycan Respublikasında anti-din təzyiqlərinin şiddətləndirilməsi çərçivəsində bu ölkədə Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov deyib: Yaxın gələcəkdə Azərbaycan Respublikası vətəndaşlarının müqəddəs məkanlara ziyarət səfərləri qəbul olunacaq yeni qanun əsasında tənzim ediləcəkdir.Novruzov Azərbaycan Respublikası əhalisindən böyük bir qrupun hər il şiə imamları(ə)-ın ziyarətgahlarına səfər etməsinə toxunaraq, deyib: Yeni qanun çərçivəsində bu səfərləri təşkil edən qruplar nəzarətdən keçməlidirlər və azəri zəvvarların müqəddəs məkanlarda təmasda olduqları kəslər də aşkar edilməlidir.

  • Yazılıb
  • da (də) 2019 Apr 29
  • Göndərən مدير سايت Aran News