Tarix : 2019 Apr 30
Kod 58067

İran və Türkiyədən dəmir yolları əməkdaşlığına vurğu

Türkiyə Dövlət Dəmir Yollarının sədri Əli İhsan Uyqun iranlı həmkarı ilə görüşündə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini qeyd edib.

Arannews-İslamazeri.com xəbər verir ki, Uyqun iki qonşu ölkə kimi İran və Türkiyənin bir-biri ilə əməkdaşlıq etmələri və vətəndaşlarının daha rahat yaşamalarına töhfələrinin olması lazım olduğunu bildirib.İki ölkənin dəmir yolları barədə yaxşı sərmayə qoyduqlarını bildirən Uyqun, dəmir yollarını bir-birinə yaxınlaşdıraraq sosial inkişaf baxımından mühüm addımlar atmış olacaqlarını vurğulayıb.Dəmiryol sədri həmçinin Van gölündə gəmilərin hərəkətilə bağlı problemi İran yüklərinə iki gəmi ayıraraq dəf etdiklərini bəyan edib.

  • Yazılıb
  • da (də) 2019 Apr 30
  • Göndərən مدير سايت Aran News