Tarix : 2019 May 02
Kod 58082

Səud qırıcıları Yəmənin Baqim rayonunu bombalayıblar

Təcavüzkar səud qırıcıları Yəmənin Səədə əyalətində yerləşən sərhəd Baqim rayonunu bombalayıblar.

Arannews-Yəmənin ordusu və xalq komitələri qüvvələri də səud muzdurlarının təcavüzünə cavab olaraq, ərəbistanın cənubunda yerləşən Əsir əyalətində səud muzdurları və hərbçilərini daşıyan bir avtomobil və transportyoru məhv ediblər.Həmçinin yəmənli qüvvələr Əsir əyalətində yerləşən Ələb keçidi məntəqəsində ərəbistan muzdurlarının irəliləyişlərini dəf edərək, onları ağır tələfat və xəsarətlərə düçar ediblər.

  • Yazılıb
  • da (də) 2019 May 02
  • Göndərən مدير سايت Aran News