Tarix : 2019 May 04
Kod 58084

Jurnalistlər stop-a stop! dedilər

Ölkədən çıxışına yasaq qoyulan bir qrup jurnalist 3 May Ümumdünya Media Azadlığı Günü münasibətilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin binası önündə etiraz aksiyası keçiriblər
Arannews-Rakurs.tv xüsusi müxbirinin verdiyi məlumata görə, jurnalistlər ölkədən çıxışlarına qoyulan yasağa etiraz ediblər və bunu qanunsuz adlandırıblar.Aksiyada bildirilib ki, ölkədən çıxışına məhdudiyyət qoyulan jurnalistlər tək MeydanTV ilə əməkdaşlıq edənlər olmayıb. Azərbaycanda müxtəlif media orqanı ilə bağlı açılmış cinayət işlərinə görə də bir sıra başqa jurnalistlərin ölkədən çıxışına yasaq qoyulduğu açıqlanıb. Aksiyada qeyd edilib ki, illərdir nə bu cinayət işləri başa çatır, nə də qadağalar götürülür.Aksiyada o da deyilib ki, MeydanTV ilə hətta bir neçə ay əməkdaşlıq etmiş, onun saytında bir neçə yazısı dərc edilən şəxslərin də ölkədən çıxışına məhdudiyyət qoyulub. Aksiyada qeyd edilib ki, bu məsələ ilə bağlı bəzi şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.Jurnalistlər «Stop-a stop» şüarı səsləndiriblər, üzərində «Xəyallar Paris, reallıq «Sınıq körpü» və başqa sözlərin yazıldığı plakatlar qaldırıblar

  • Yazılıb
  • da (də) 2019 May 04
  • Göndərən مدير سايت Aran News