Tarix : 2019 May 04
Kod 58086

Azərbaycanlı rəsmi İranın təhsil təcrübələrindən istifadə edilməsini istəyib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İranın təhsil mərkəzlərinin təcrübələrindən istifadə edilməsini istəyib.
Arannews-Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri Əbuzər Ebrahimi Torkəman ilə görüşdə bu komitənin fəaliyyətləri barədə hesabat təqdim edərək, ikitərəfli həmkarlıqların genişləndirilməsini vurğulayıb.Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, ölkəsi dini ifratçılıq və zorakılıqla mübarizə sahəsində İranla və digər region ölkələrilə hər cür əməkdaşlığa hazırdır.Ebrahimi Torkəman da İran və Azərbaycan Respublikasının mədəni, tarixi və dil ortaqlıqlarına işarə edərək, deyib ki, bu ortaqlıqlar iki ölkəni bir-birinə bağlayan ən mühüm amillərdəndir.İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin dəvəti ilə Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya səfər edibdir.Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünən 105 ölkənin və 35 beynəlxalq təşkilatın siyasi və mədəni rəsmilərinin iştirakı ilə iki gün müddətinə Bakıda işə başlayıbdır.

  • Yazılıb
  • da (də) 2019 May 04
  • Göndərən مدير سايت Aran News