İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin əməkdaşlığı ilə Azərbaycan Respublikasının Cocuq Mərcanlı kəndində pulsuz tibbi xidmətlər göstərilib.
Arannews-İRİB-nin Bakıdan verdiyi məlumata görə, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı sağlamlıq mərkəzinin sədri Əli Səccadi bu barədə dedi: Ötən həftə icra olunan bu proqram çərçivəsində İranın Qırmızı Aypara Cəmiyyətinin 8 həkim və 7 səhiyyə işçisindən ibarət 15 nəfərlik heyəti Azərbaycan Respublikasının Cocuq Mərcanlı kəndinin sakinlərinə pulsuz tibbi xidmət göstərib.Ə.Səccadinin dediyinə görə, təqribən 200 kənd sakini bu xidmətdən istifadə edib.Azərbaycan Respublikası Milli Məclisinin üzvü və Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin sədri Novruz Aslanov İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin sağlamlıq mərkəzinə göstərdiyi xidmətlərə görə təşəkkür etdi.