Tarix : 2019 May 05
Kod 58094

“Nücəba Hərəkatı”: “Səudiyyə rejimi İraqa hakim ola bilməyəcəyini anladıqda, bu dəfə əl öpməyə gəldi”

İraqın Nücəba Hərəkatı Baş katibi Şeyx Əkrəm Kəabi müqavimət tandeminin qələbələrinin Səudiyyə rejimini İraq qarşısında təslim olmağa məcbur etdiyini vurğulayıb.

Arannews-İslamazeri.com xəbər verir ki, Səudiyyə rejiminin Bağdad rəhbərliyinə qarşı mövqeyini dəyişdirməsini dəyərləndirən Şeyx Kəabi bu vəziyyəti müqavimət tandeminin qələbələrilə əlaqələndirib.Şeyx Kəabi Səudiyyə rejiminin İraqa hakim ola bilməyəcəyini anladıqdan sonra, bu dəfə İraqa əl öpməyə gəldiyini qeyd edib.Müqavimət cəbhəsinin nailiyyətlərinin İraq millətinin izzət və təhlükəsizliyi üçün güclü bir dayaq olduğunu qeyd edən Nücəba Hərəkatı Baş katibi İraq millətinin Səudiyyə rejimini bu həqiqətə boyun əyməyə məcbur edən vəziyyətin, müqavimət tandeminin ard-arda qələbələri olduğunu bilməsi lazım olduğunu vurğulayıb.

Image result for nuceba hareketi genel sekreteri


“Nücəba Hərəkatı”: “Səudiyyə rejimi İraqa hakim ola bilməyəcəyini anladıqda, bu dəfə əl öpməyə gəldi”

  • Yazılıb
  • da (də) 2019 May 05
  • Göndərən مدير سايت Aran News