Xəbər Lenti

“Qüdsün və Qarabağın müdafiəsi hər bir müsəlmanın ilahi borcudur” - Hacı Mövsüm Səmədov

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

İmam Həsənin (ə) mövlud günüdür

“Cəzaların humanistləşdirilməsi və ömürlük məhbuslar” mövzusunda dəyirmi masa keçirilib

AXCP-nin zona müşavirəsinin keçirilməsinə imkan verilmədi

Müxalifətçinin qardaşı koloniyada ona qarşı qeyri-insani rəftarın olduğunu bildirib

Əhsən Nuruzadə “karser”ə salındı

Düşənbədə “Mərkəzi Asiya + Yaponiya” dialoqu çərçivəsində xarici işlər nazirlərinin müşavirəsi keçirilib

Zaur Darğallı 78,6% səslə Marneuli rayonunun rəhbəri seçilib

Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub

Gürcüstanda seçkilər başa çatıb

Ramazan ayının 14-cü gününün duası

Köçəryan azadlığa çıxdı, Nikol xalqı inqilaba çağırd

Sionist rejimin təsis olunması: təbrik ya başsağlığı
1948-ci ildə dünya öz tarixində məşum və acı hadisənin şahidi oldu. Bu hadisə böyük və ağrılı bir faciənin başlanğıcı oldu.

Hacı Şahin: “Onlar oruc tutmasa yaxşıdır”

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər

Avropa Şurası üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir

İsraildə dindar yəhudilər Eurovision-a etiraz olaraq aksiya keçirdilər: Polislər yaralandı

Azərbaycanlı millət vəkili Britaniyanı tənqid atəşinə tutdu

Paşinyana qarşı yeni partiya yarandı

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir

XİN Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Paşinyan sülh danışıqları barədə: “Tormozlamayacağıq”

İmam Musa Sədrin əsərləri

DİN: Dünən Azərbaycanda 30 cinayət hadisəsi baş verib

QAT-ın mitinqinə icazə verilmədi

Tehran və Bakı rabitə sahəsində əməkdaşlıq protokolu imzalayıblar

Hacı Mövsüm Səmədov azadlığa çıxan məhbusları təbrik etdi

Azərbaycanda növbəti parlament seçkilərinin vaxtı açıqlandı

Naxçıvan ali məclisinin sədri Tehran-Bakı həmkarlığının genişləndirilməsini vurğulayıb

Gürcüstanda məscid tikintisi ilə bağlı çətinliklər var`

Putin: İran bu gün dünyanın ən şəffaf nüvə proqramına malikdir

Cəbhədə düşmən təxribatı

Suriya ordusu İdlibin cənbununa daxil oldu

Mübariz Qurbanlının xüms haqqında təəccüblü açıqlaması

Ermənistan ordusunun daha bir əsgəri öldü

Gürcüstan XİN Azərbaycan tərəfi ilə keçirilən görüş barədə bəyanat yayıb

Vəkil: Avropa Məhkəməsinə göndərilən şikayətlət ünvanına çatmır

Putin və Pompeo İranın nüvə sazişini müzakirə ediblər

Arxiv
 
Tarix : 2019 may 05     |     Kod : 58095

Mübarək Ramazan ayı - Özünüislah məktəbi

Mübarək Ramazan ayı özünütərbiyə və özünüislah ilinin başlanğıcıdır. İllər bir neçə qismə bölünür: “günəş ili”, “ay ili”, “miladi ili”, “xüms ili” və s. “Günəş ili” baharın gəlişi, təbiətin yenilənməsi, canlanması və təravətlənməsi ilə, “ay (qəməri) ili” Məhərrəm ayının daxil olması ilə, “miladi ili” həzrət İsa-Məsihin (ə) doğumu ilə əlaqədar qış fəslində Yanvar ayının daxil olması ilə başlayır. “Xüms ili” isə ilk qazanc və gəlir günündən hesablanır və həmin gün gəlib çatdıqda malın xümsü çıxarılır

Arannews-İslam maarifinə əsasən, mübarək Ramazan ayı özünütərbiyə və özünüislah ilinin başlanğıcıdır. Təbiət yaz fəslində dəyişildiyi və canlanıb tərəqqi etdiyi kimi, habelə “xüms ili”ndə insanın əmlakı təmizləndiyi kimi, mübarək Ramazan ayında da insan ruhu paklanır, qidalanır və Allah-Taala ilə raz-niyaz və münacat sayəsində kamilləşir, yüksəlir!Bəli, Ramazan ayının ilk günü özünütərbiyə məktəbinin açılış günüdür və təbii ki, bu məktəbdə hər təbəqədən şagirdlər olsa da, onlardan bəziləri vaxtından layiqincə bəhrələnir, yuxarı siniflərə keçmək üçün vaxtından səmərəli istifadə edirlər!“Merac” hədisində göstərilir ki, Peyğəmbəri-Əkrəm (s) meraca getdiyi zaman, o həzrətə belə xitab olundu:

یَا أحْمَدُ هَلْ تَعْلَمُ مَا مِیرَاثُ الصَّومِ؛

“Ey Əhməd (s)! Heç bilirsən orucun təsiri və faydası nədir (özündən sonra qoyduğu irs nədir)?”

قَالَ: لَا. ثُمَّ قَالَ: مِیرَاثُ الصَّومِ قِلَّةُ الْأکْلِ وَ قِلَّةُ الْکَلَامِ وَ مِیرَاثُ الصَّمْتِ أنَّهَا تُورِثُ الْحِکْمَةَ وَ هِیَ تُورِثُ الْمَعْرِفَةَ وَ تُورِثُ الْمَعْرِفَةُ الیَقِینَ فَإذَا اسْتَیْقَنَ الْعَبْدُ لَا یُبَالِی کَیْفَ أصْبَحَ بِعُسْرٍ أمْ بِیُسْرٍ فَهَذَا مَقَامُ الرَّاضِینَ؛

Həzrət dedi: “Xeyr!”

Buyuruldu ki, orucun iki təsiri var: biri zahiridir və o, az yeməkdən ibarətdir, digəri isə ondan üstündür, o da az danışmaq və sükut etməkdir. Əgər insan dilini qoruyub ona hakim ola bilərsə, hikmət əldə edər, hikmət mərifət qazandırar, mərifət sahibi yəqinə çatar və yəqinə çatan şəxs “riza” (rizayət, razılıq) məqamına yüksələr. Bu məqama yüksələn bəndə sübhü asan və yaxud çətinliklə açacağından əsla qorxmaz!

Bir sözlə, Ramazan ayı həqiqi həyat təlim-tərbiyəsinin təməli qoyulduğu aydır. Mübarək Ramazan ayında insanların qəlbi ilahi nura boyanır. İslam dinində buyurulan bütün vacib ibadətlərlə birgə orucluq da ümumi hədəfə – bəşəriyyətin kamilliyinə xidmət edir. Kamillik isə Uca Yaradan tərəfindən insana bəxş edilən mənəvi nemətdir. Oruc tutanlar bu ayın mənəviyyat və səfa-səmimiyyətlə dolu anları sayəsində iman ruhlarını möhkəmlədir, əməllərini cilalayırlar. Bu dəyərli anlarda onların hətta qeyri-iradi işləri belə ibadət hesab edilir; nəfəsləri zikr, yuxuları isə ibadət sayılır.

Allah-Taala bütün oruc tutanların ibadət və itaətlərini qəbul etsin!

Rza Şükürlü (Maide.az)


Açar sözlər : 

Yazılıb da (də)   2019 may 05  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin