Tarix : 2019 May 06
Kod 58102

Beynəlxalq Qüds Gününə 28 gün qaldı Beynəlxalq Qüds Günü qəsbkar İsrail rejiminin Fələstində işğalçılığı ilə mübarizə günüdür.

İsrail Qəzzəyə hücumu dayandırmaq fikrində deyil

HƏMAS: Sionist rejiminin Qəzzədə yaşayış binalarına və dinc əhaliyə qarşı hücumları müharibə cinayətidir.

Arannews-HƏMAS rəhbərlərindən olan İzzət ər-Rəşq sionist rejiminin Qəzzəyə geniş hücumlarına reaksiya verərək deyib: “Sionist rejiminin Qəzzədə yaşayış binalarına və dinc əhaliyə qarşı hücumları müharibə cinayətidir. Bu siyasət “İsrail” üçün heç bir təhlükəsizlik və sabitlik gətirməyəcək.”Sionistlərə aid hərbi mənbələrdən biri bildirib ki, hal-hazırda Təl-Əviv Qəzzəyə qarşı geniş əməliyyatlarını dayandırmaq fikrində deyil.Sionist rejim şənbə günü HƏMAS-a aid hərbi təchizat mərkəzini bombaladı. Bu hücumda HƏMAS və İslami Cihad qüvvələrinə aid digər bazalar da bombalanıb.HƏMAS fələstinli müqavimət qruplarının sionist rejimə qarşı birləşməsini istəyib.

  • Yazılıb
  • da (də) 2019 May 06
  • Göndərən مدير سايت Aran News