Tarix : 2019 May 07
Kod 58109

Oqtay Gülalıyev Baş Cinayət Axtarışı İdarəsinə çağırılıb

"Gəncə işində ortaya çıxartdığımız işgəncə faktları hakimiyyəti narahat edir"

Arannews-Bu barədə Oqtay Gülalıyev özü Meydan TV-yə danışıb.Oqtay Gülalıyev deyib ki, onu idarənin rəisi Arzu Daşdəmirov qəbul edib:"Əsas narahatlıqları "Facebook”da işgəncə və repressiya haqda yazdıqlarım ilə bağlıdır. Xüsusən Gəncə hadisərində həbs olunanlar barədə yazdıqlarım nazirliyin rəhbərliyində narahatlıq doğurub və bunu açıq dedilər. Təbii ki, Gəncə işində ortaya çıxartdığımız işgəncə faktları hakimiyyəti və güc strukturlarını narahat edir. Arzu Daşdəmirovla müzakirəmizdə Gəncədə həbs olunan 98 nəfərin valideynlərinin müraciəti və yazdıqlarım var idi. Bildirdim ki, 98 nəfər valideynin müraciəti araşdırılsın və qiymət verilsin”. Oqtay Gülalıyev hesab edir ki, o, qanunu pozmur, məsələləri də qanun çərçivəsində gündəmə gətirir.

  • Yazılıb
  • da (də) 2019 May 07
  • Göndərən مدير سايت Aran News