Tarix : 2019 May 07
Kod 58112

Orucun tibbi faydaları

Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir.

Arannews-Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır. Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss etmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır. Hal-hazırda bir çox araşdırma mərkəzlərində orucla bərabər dəstəmaz-namazın faydaları öyrənilməkdədir. Almaniyada açılmış bir sıra klinikalarda bəzi xəstəliklər oruc vasitəsilə müalicə olunur.1940-cı ildə Nobel Tibb mükafatını alan məşhur elm xadimi Dr.Alexis Carrel “L`Hamme,Cet İnconnu” adlı əsərində: “Oruc zamanı bədənimizdə yığılmış qida maddələrinin istifadə edildiyini, sonradan bunların yerinə yenilərin gəldiyini, beləcə bütün bədəndə bir yenilənmə olduğunu və orucun sağlamlıq baxımından çox faydalı olduğunu” söyləyib. Orucun insan üçün tibbi faydalarını saymaqla bitməz. Daha bir neçə faydanı video vasitəsiylə sizə təqdim edirikə.

  • Yazılıb
  • da (də) 2019 May 07
  • Göndərən مدير سايت Aran News