Tarix : 2019 May 07
Kod 58114

Hacı Abgüldən Ramazan məktubu

2 saylı CÇM-də həbs həyatı yaşayan Hacı Abgül Süleymanov Mübarək Ramazan ayının gəlişi münasibətilə islamazer.com vasitəsilə məktub göndərib. Məktubu təqdim edirik:

Arannews-Bismillahir Rəhmanir Rəhim.Mübarək Ramazan ayı təqvanın oyandığı aydır. Əziz İslam Peyğəmbəri Həzrəti Muhəmməddən(s) “Mübarək Ramazan ayının ən üstün əməli hansıdır ?” soruşuduqda “Bütün haram və şübhələrdən çəkinməkdir”, -deyə cavab vemrişdir. …Bəli, bu ayın ən üstün əməli təqvadır. Rəvayətlərimizdə gəlir ki, hər kim bu böyük ayda pis əxlaqını gözəlləşdirsə, gözəldirə bilsə qədəmlərin əsdiyi gün Siratdan keçməyə icazə verilər. Kim aydan müttəqi kimi çıxa bilsə Cəhənnəm onu öz atəşilə hədələməyəcək. Hər kim təqvası ilə şəhvətini boğa bilsə, Allah onun ağlının düyünlərini açar. Kim bu ayda mömin bir şəxsə iftar versə, Allah onun keçmiş və indiki günahlarını əfv edər. Acları doydurmaqda, elə təqvadır. Çünki Allah acları, imkansızları imkanlıların öhdəsində qoymuşdur. Hər kim qəlbi sınığı əzizləyərsə, Allah Qiyamət günü onu əzizləyər. Hər kim silayi rəhm edərsə; qohumlarını yad edərsə Allah Qiyamət günü onu öz mərhəmətinə qovuşdurar. Kim qohumlarla bu ayda əlaqəni kəsərsə, Allah Qiyamət günü Öz Rəhmətini ondan kəsər. Hər kəs bu ayda müstəhəb namazlar qılsa, ibadətlə məşğul olsa Allah ona oddan bəraət yazar.Xülasə bu ayda ibadətlər, yaxşı əməllər, ehsanlar, iftarlar, silayi rəhmlər və s. Kimi ibadət-itaətlərin qəbulu təqvaya bağlıdır. Təqvasız əməllər Uhud dağı boyda olsa belə, Allah qəbul etməyəcək. Buna dəlil, subut Maidə surəsinin 27-ci ayəsidir “Allah yalnız müttəqilərdən qəbul edər!”. Bəli Allah yanında ən hörmətli olanda məhz təqvalılardır. Hucurat surəsinin 13-cü ayəsində bu haqda deyilir “Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (ən təqvalı olanınızdır.).
Allah bizi bu aydan sidq ilə, ixlaslılardan qərar versin!
Allah bizi bu aydan bizi aqillər, alimlər, ariflər, sadiqlər kimi çıxarsın!
Allah bu ayda oruc tutub ibadət edənlərin bu ayın hikməti, bərəkəti, məğfirətindən məhrum etməsin!
Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu!
Hacı Abgül Süleymanov, 2 saylı CÇM, 6 may, 30 Şəban…

  • Yazılıb
  • da (də) 2019 May 07
  • Göndərən مدير سايت Aran News