Arannews-İmam Rza (ə) buyurur: “Oruc tutmaq aclıq və susuzluq dərdini dərk etməyə səbəb olur. İnsan bu dərdi dərk etdikdə, özünün axirətdəki yoxsulluq və möhtaclığını başa düşür. Oruc tutmaqla insan xaşe və təvazökar olar, çəkdiyi aclıq və susuzluğa görə əcr sahibi, arif və səbirli olar, savaba layiq olar.Üstəlik, oruc insanı şəhvət və nəfsi meyllərdən qoruyar.Oruc dünyada oructutan şəxs üçün moizədir və onu öz vəzifəsini yerinə yetirməyə razı edir, axirətdə isə (cənnətə tərəf) yol göstərir.Oructutan yoxsulların çəkdiyi aclıq və susuzluğu dünyada hiss edir və bu səbəb olur ki, yoxsullara ödəməli olduğu haqları ödəsin.”Böyük mühəddis Şeyx Səduq bu hədisi Fəzl ibn Şazandan (İmam Rzanın (ə) xas səhabəsi) nəql etmişdir.