Tarix : 2019 May 08
Kod 58116

İran "Məqsəd Marketinq" layihəsində Azərbaycanın mütaliə şəriki

İranın Turizm müavinliyinin marketinq və təbliğat idarəsinin müdiri İslam Əməkdaşlıq Təşkilatında İranın "Məqsəd Marketinq" layihəsində Azərbaycanın mütaliə şəriki seçilməsindən xəbər verdi.

Arannews-İRİB-nin bildirdiyinə görə, Məhəmməd İbrahim Laricani dedi: COMCEC-in dəstəyi ilə 2018-ci ildə İran Azərbaycan Respublikasının "məqsəd marketinq üzrə anlayış çərçivəsi adlı" turizm layihəsində şərik ölkə elan edildi.Onun dediyinə görə, bu layihənin icraçısı layihəni həyata keçirmək üçün 2019-cu ilin mayında Azərbaycan Respublikasından olan mütəxəssislər və tədqiqatçılar ilə birlikdə İrana səfər edəcək və İranın turizm mütəxəssisləri ilə birgə iclas keçirəcək.COMCEC İslam Əməkdaşlıq Təşkilatının iqtisadi qoludur və 2013-cü ildən başlayaraq üzv ölkələrə əməkdaşlıqların genişləndirilməsində əvəzsiz yardım edir. 

  • Yazılıb
  • da (də) 2019 May 08
  • Göndərən مدير سايت Aran News