Tarix : 2019 May 09
Kod 58124

Nücəba baş katibi: Təl-Əviv və Hayfanı Atakama səhrasına çevirərik

“Mehr”-in “Nücəba İslam Müqaviməti Hərəkatı” ofisinin ictimai əlaqələr bölməsinə istinadla verdiyi xəbərə görə, hərəkatın baş katibi Şeyx Əkrəm əl-Kəbi Bağdadda baş tutan hərəm müdafiəçiləri şəhidlərinin “O, səni seçdi” adlı anım mərasimində müqavimət cəbhəsi şəhidlərinin xatirəsini yad edib, onların fədakarlıqlarını uca tutub.
Arannews-Əkrəm əl-Kəbi çıxışında deyib: “Nücəba Hərəkatı 8 il bundan əvvəl belə bir gündə öz qəlbləri ilə həzrət Zeynəbin (ə) dəvətinə ləbbeyk dedi, şiddətli müharibə təbliğatına baxmayaraq “Zeynəb (ə) bir daha əsir olmayacaq” şüarı ilə irəli çıxdı. Bütün dünyanın Suriya dövlətinin süqut edəcəyini və bizim ora getməyimizin səhv bir addım olduğunu düşündüyü bir zamanda biz Suriya xalqının köməyinə getdik və bu gün hamı bizim Suriyada hüzurumuzun düzgün addım olduğunu anlayır.” Müqavimət cəbhəsinin imperializm və təkfirçi terrorçular əleyhinə döyüş meydanında qalib olmasına toxunan hərəkat lideri deyib: “Müqavimət cəbhəsi tam iqtidar və iftixarla Amerikanı İraqda məğlub və onu bu ölkədən çıxmağa məcbur etdikdən sonra elə bir iş etdi ki, şər yuvasının başçısı (Donald Tramp) oğrular kimi gizli şəkildə İraqa daxil oldu. Biz habelə öz həyatlarını 20 il davam etdirmək istəyən cinayətkar təkfirçi qrupları qısa bir vaxtda məhv etdik.”Nücəba Hərəkatının baş katibi əlavə edib: “İmam Xomeyni “Qüdsün yolu Kərbəladan keçir” deməklə, İraq xalqı və müqavimətinin öhdəsinə böyük bir məsuliyyət qoydu. Çünki bu yol mütləq ilahi ədalət dövlətinin qurulmasına zəmin yaradacaq.”Şeyx Əkrəm əl-Kəbi çıxışının davamında düşmənlərə səslənərək deyib: “Müqavimət, Amerikanın rəhbərliyi ilə birqütblülüyü qəbul etmir. Ağ Ev bilməlidir ki, sanksiya və iqtisadi blokada öz təsirini itirmişdir və bu hərəkətlər İmam Hüseyn (ə) davamçılarını təslimə və zilləti qəbul etməyə məcbur edə bilməz.”Nücəba lideri vurğulayıb: “Qorxun o gündən ki, “Ya Zəhra” bayraqlarını qaldıraq. Çünki o gün Təl-Əviv və Hayfanı Cənubi Amerikadakı Atakama səhrasından ayırd edə bilməyəcəksiniz. Biz əməl və cihad adamlarıyıq, dilimizə gətirdiyimizi həyata keçiririk, terrorçu yetişdirən Amerika və İsrailin böyük əfi başını kəsməyincə döyüş geyimini əynimizdən çıxartmarıq.”Həşd-Şəbinin yüksək çinli komandiri Nücəba İslam Müqavimət Hərəkatının Qolanı azad etmək üçün briqada təsis etməsinə də işarə edərək deyib: “Biz öz briqadalarımızın fəaliyyəti barədə xəbər verdik ki, sionist rejim öz yetişdirmələri olan təkfirçilərin vasitəsilə müsəlman qanını tökməsinə və bu rejimin əmin-amanlıqda qalmasına icazə verməyəcəyimizi bilsin.” Hərəkat lideri çıxışının digər hissəsində Yəmənin qəhrəman xalqının Ali-Səud rejimi qarşısında mücahidliklərini alqışlayıb və onların qələbələrinin bütün dünyanı heyrətə saldığını, bu qələbələrin Ərəbistan rejimi və onun hamilərinin abrının getməsinə səbəb olduğunu deyib.Şeyx Əkrəm əl-Kəbi çıxışının sonunda Nücəba Hərəkatının Ayətullah Xamenei və bütün təqlid mərcələrinə tabe olduğunu vurğulayaraq deyib: “Bu böyüklərin sözü adi söz və ya təhlil deyildir. Onların sözləri İmam Zaman (ə) naibinin vədidir və biz onu həyata keçirmək üçün intizar çəkirik ki, dünyada məzlumların çox yaxın olan qələbəsi ilə həzrət Zəhra (ə) övladının hüzurunda döyüşəcəyik.”
  • Yazılıb
  • da (də) 2019 May 09
  • Göndərən مدير سايت Aran News