Tarix : 2019 May 09
Kod 58127

Türkiyə mübarək Ramazan ayında 120 ölkəyə yardım göstərəcək

Mübarək Ramazan ayında Türkiyə xeyriyyə fəaliyyətini aktivləşdirir.
Arannews-İslam-Today-a istinadən verdiyi xəbərə görə, bu haqda "Anadolu" agentliyi yazır.Belə ki, müqəddəs Ramazan ayı boyunca Türkiyə dünyanın 120 ölkəsindən olan 3 milyondan çox insana humanitar yardım göstərəcək.Türkiyənin İnsan Hüquqlarının Qorunması və Humanitar Yardım Fondunun əməkdaşları, ənənəvi olaraq, geyim, qida məhsulları paylayacaq və iftar süfrələri açacaqlar.Humanitar fəaliyyət əsasən Suriya, İraq, Yəmən, Sudan, Banqladeş, Myanma və s kimi qeyri-stabil ölkələrdə görüləcək.Bundan başqa, bütün Ramazan ayı boyu Türkiyənin 81 əyalətində iftar süfrələri təşkil ediləcək.Qeyd olunur ki, ehtiyaclı bir uşağı geyimlə təmin etmək istəyənlər fondun hesabına 25 dollar köçürə bilər. 

Geyimlər dünyanın 43 ölkəsində 67 920 yetim uşağa paylanılacaq.


  • Yazılıb
  • da (də) 2019 May 09
  • Göndərən مدير سايت Aran News