Tarix : 2019 May 10
Kod 58129

Rusiya Venesuelaya əlavə hərbçi göndərmək barədə danışdı

Bu haqda Rusiya Baş nazirinin müavini açıqlama verib.

Arannews-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya tərəfi Venesueladakı hərbi mütəxəssislərin sayını artırmağı planlaşdırmır.Bu haqda Rusiya Baş nazirinin müavini Yuriy Borisov açıqlama verib.“Hətta bu barədə düşünməmişik belə”, - deyə o, müvafiq sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, Rusiya XİN rəsmisi Mariya Zaxarova Mart ayında bəyan etmişdi ki, rusiyalı mütəxəssislərin Venesueladakı mövcudluğu ölkələr arasındakı hərbi-texniki əməkdaşlığa dair razılıqlarla tənzimlənir.


  • Yazılıb
  • da (də) 2019 May 10
  • Göndərən مدير سايت Aran News