Xəbər Lenti

Şirvanda 19 nəfər zəhərlənib

Cinayət törədən 57 nəfər saxlanılıb

Saakaşvilinin partiyası Ukraynada keçiriləcək parlament seçkilərində iştirak etməyəcək

Azərbaycan din və ifadə azadlığını müdafiə edən bəyanatı imzalamaqdan imtina edib

Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq

Rusiyada hərbi hissədə əsgərlər üçün məscid açıldı

Azərbaycan Respublikası anti-İran koalisiyasına qoşulacaqmı

ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

Lavrov: Amerika İrana qarşı təhrikedici hərəkətlərdən əl çəksin

Ənsarullahdan Trampa: Ərəb ölkələrini sağ, amma Yəmən bəhanəsi ilə yox

AXH-nin yürüş-mitinq keçirməsinə icazə verilməyib

İran və Ermənistanın hərbi-texniki həmkarlıqları təkzib olunub

Azərbaycan İranla hərbi əməkdaşlığın genişləndirilməysini müzakirə edib

Ermənistan Azərbaycan Ordusunun mövqelərini pulemyotlardan atəşə tutub

Azəri rəsmi: Gürcüstan sərhədçiləri məsuliyyət daşıyırlar

Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb

Bu il Azərbaycanda 23684 nikah, 7082 boşanma halı qeydə alınıb

Türkiyə AB-nin anti-Ankara bəyanatına reaksiya verib

Bakıda Halal məhsulların sərgisi keçirilir

Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi

Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı layihələrinin uğursuzluğunun səbəbləri-Təhlil

Ermənilər “Gözəlim sənsən” və “Köçəri”ni oğurladılar

"Həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər''

Ərəbistan BƏƏ-nin Yəməndən çıxmasına qəzəblənib

Azərbaycan XİN Polşa vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Ermənistanda hökumət binası qarşısında kəndlilər oturaq aksiya keçiriblər

İmam Rzanın (ə) həyatı “Qızıl Səqqaxana” radio verlişində

Azərbaycan Xalq Hərəkatının toplantısı və polisin reaksiyası

Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil

Əsəd: Suriya ABŞ-ın təhdidləri qarşısında İranın kənarındadır

Bakı və "Total" Xəzərdə iki enerji yatağının genişləndirilməsini araşdırırlar

Azad Həsənovun məhkəməsi təxirə salındı

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Cəbhədən son xəbər - Müdafiə Nazirliyi

Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Gürcüstanda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə möhtəşəm tədbir keçirilib (FOTO)

Arxiv Print RSS
 
Tarix : 2019 May 11     |     Kod : 58134

“Siyasi məhbuslara qarşı represiya və işgəncələr” mövzusunda dəyirmi masa keçirib

Mayın 10-da “İslamçı Məhbusların Hüquqlarını Müdafiə Komitəsi” “Siyasi məhbuslara qarşı represiya və işgəncələr” mövzusunda dəyirmi masa keçirib.

Arannews-Tədbiri giriş sözü ilə açan Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli bu gün Azərbaycanda xilasolma mübarizəsinin getdiyini bildirərək, cəmiyyət olaraq güc birliyi nümayiş etdirməyin vacib oldunu vurğulayıb.AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı Nardaran hadisələrini, Tərtərdə və Gəncədə baş verən hadisələri 21-ci əsrdə Azərbaycan xalqının başına gətirilmiş milli fəlakət adlandırıb:“Vay o günə ki Azərbaycanda doğrudan da əməllərin islamı bərqərar olmuş olardı və onu təmsil edən Allahşükür Paşazadənin islamı hakim olardı. İmam Hüseyn nə üçün şəhid olmuşdu? Nə zaman islam ümmətində zülm təzahür edəcəksə insanlar ailəsindən, canından, malından keçərək o zülmə qarşı getməlidirlər. İmam Hüseynin bir çıxışı var: “Cəddim Məhəmməd Peyğəmbərdən eşitmişəm ki, bir hökmdarın ki zülmünü görən kimsə o zülmü onun üzünə demir, o zülmü həyata keçirənlə eyni günaha sahib olar. Bu gün Allah bizə öz peyğəmbəri, imamlar vasitəsilə nə etməli olduğumuzu çatdırırsa və biz buna görə bu gün inanclı deyərək susuruqsa, bu bizim artıq gerçək islamdan sarpmağımız deməkdir. İslam bizdən bunu istəmir. Çox yaxşıdır ki, bu cəmiyyətin, islamın uğurudur ki, bu gün bu zülmə, haqsızlığa qarşı dirənən insanlar var, onunla barışmayan insanlar var ki, bu yolda öz azadlığını, həyatını qurban verən insanlarımız var. Bu hakimiyyət uzun illər ərzində elə bir siyasət aparıb ki, din, islam hakimiyyəti dəstəkləyən, ona “ləbbeyk” deyən, əməllərinə örtük çəkən inanclı insanları haqq uğrunda mübarizədən çəkindirən bir vasitəyə çevrilsin. Necə ki korrupsioner hüquq mühafizə orqanları hüququ dəyərdən salıblar. Bu gün “hüquq” deyən insanlara rişxənd edirlər, çünki hüquq deyildiyində korrupsionerlərin əməlləri insanların təsəvvüründə yaranır. Bəs çıxış yolu nədədir? Bunun üçün yeni bir aspekt ixtira etməyə gərək yoxdur: bizdən əvvəlki xalqlar o çıxış yolundan istifadə ediblər, o çıxış yolu ilə gedib azad olublar: topluca müqavimət”.Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımlı zindanda olduğu müddətdə özünün və digər inanclı məhbusların müdafiəsinə görə razılığını bildirdi: “Bu gün zalım istəyir ki, hansısa bir formada cəmiyyətə zərbə vursun. Onlara bir şeyə görə “çox sağ ol” düşür ki, bu gün bizi bir-birimizə tanıtdırıblar. Düzdür ortada şəhidlər var, qardaşlarımıza çox ağır cəzalar verilib, işgəncə veriblər, bunların hamısını bilirsiniz. Bütün bu əzab-əziyyətin nəticəsi o oldu ki, biz bir yerə yığışa bildik. Bu gün xalqın inancı həbs altındadır. Nardaran təkcə dinlə tanınmayıb, həm də muğam beşiyidir, dəyərli ziyalılar yetişdirib. Nardaran kəndini bu gün həbsdə saxlayırlar. Bizim də şəkillərimizi vurublar postlara, kəndə buraxmırlar bizi. Bütün bunlar istənilən halda insanaların xeyrinə hesablanmayan hallardır. Bu məsələni də deyim, sizdən xahişimdir: inanclı kəsimi, dindar insanları ümumi kütlədən ayırmayaq. Bunlar da Azərbaycanın vətəndaşıdırlar, müsəlmandırlar. Hansısa bir müsəlman namaz qılmırsa belə onun da müsəlman adı üstündədir, biz islamçılar və dindarlar deyə ayırmayaq onları. Ayırımlar olanda başqa cür məruzələr edirlər: hansısa beynəlxalq təşkilatlara, müəyyən xarici dövlətlərlə görüşdə Azərbaycan xalqının namaz qılan vətəndaşlarını təxribata çəkməyi bacarırlar. Burada hər birimiz ayıq-sayıq olmaqla bunların qarşısını ala bilərik. Mən ən ağır durumda cəza çəkən Əbülfəz Bünyadovun adından tam məsuliyyətlə deyə bilərəm ki, onların narahatlıqları özlərinə görə deyil. Onların narahatçılıqları Azərbaycanda hüquqi müstəvidə işlərin inkişafıdır, xalqımızın mənəvi dəyərlərinin qorunmasıdır”.Sonda “İnanclı Məhbusların Müdafiə Komitəsi” hökumət yetkilililəri, eləcə də Penitensiar Xidmət Rəhbərliyini qanunun aliliyinə riayət etməyə, siyasi məhbuslara qarşı heç bir qanundankənar hərəkətlərə yol verməməklə bağlı müraciətlə çıxış ediblər.


Yazılıb da (də)   2019 May 11  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap