Tarix : 2019 May 11
Kod 58138

MDB ölkələrinin səfirləri Bakıda Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər - FOTO

MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Bakıda 9 May - Qələbə Günü münasibətilə keçirilən tədbirlərdə iştirak ediblər

Arannews-Reportiplomatları Bakıda Hərbi Şərəf Memorialına gül çələngi qoyublar.Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, müharibə veteranları və onların yaxınları da iştirak ediblər. Memorialın qarşısında həmçinin "Ölməz alay" aksiyası keçirilib.Qeyd edək ki, "Ölməz alay" Rusiyada və bir sıra MDB ölkələrində Qələbə Günü münasibətilə keçirilən beynəlxalq ictimai aksiyadır. Aksiya iştirakçıları Böyük Vətən müharibəsində iştirak edərək faşizmə qarşı vuruşmuş qohumlarının foto və ya portretlərini nümayiş etdirirlər.Həmçinin diplomatlar ümummilli lider Heydər Əliyevin məzarını da ziyarət ediblər.

  • Yazılıb
  • da (də) 2019 May 11
  • Göndərən مدير سايت Aran News