Tarix : 2019 May 11
Kod 58140

Ramazanın ilk cümə günü 180 min fələstinli Məscidul-Əqsada cümə namazı qıldı (FOTO)

İşğalçı İsrail rejiminin məhdudiyyətlərinə baxmayaraq Ramazan ayının ilk cümə günü Məscidul-Əqsada 180 min fələstinli cümə namazı qılıb.

Arannews-Maide.Az  xəbər verir ki, bu barədə Fələstin İnformasiya Mərkəzinin "Tvitter" səhifəsində məlumat verilib.Qüds İslami Vəqflər İdarəsinin direktoru  Şeyx İzam Xətib bildirib ki,  cümə namazı  Məscidul-Əqsada və ətraf səhnlərdə təşkil olunub. Qeyd edək ki, işğalçı İsrail rejim qüvvələri 40 yaşından aşağı olan fələstinlilərin məscidə daxil olmasına mane olub. Əqsa məscidində cümə namazını qılmaq ümidilə Qüdsə daxil olmaq şansı əldə etmək üçün İsrail rejimi ordusunun Beytləhmdəki nəzarət-buraxılış məntəqəsində  minlərlə fələstinli sübh tezdən gözləyib. 

 
 
 
 
 
 
 
 
 

  • Yazılıb
  • da (də) 2019 May 11
  • Göndərən مدير سايت Aran News