Tarix : 2019 May 11
Kod 58141

"Nəkbə"nin ildönümü Qəzza zolağında aksiyalarla anılacaq

"Nəkbə"nin ildönümü Qəzza zolağında aksiyalarla anılacaq

Arannews-"Blokadanı Qırma və Böyük Qayıdış Yürüşü Milli Ali Heyəti" Fələstin xalqını 15 mayda "Böyük Fəlakət"in (Nəkbə) 71-ci ildönümündə Qəzza zolağı sərhədinin 5 bölgəsindəki qayıdış düşərgələrində təşkil olunacaq aksiyalara qoşulmağa çağırıb.Heyət bu çağırışı dünən Qəzza şəhərinin mərkəzindəki "Xalq Cəbhəsi" binası qarşısında keçirdiyi mətbuat konfransında edib."Xalq Cəbhəsi" liderlərindən Mahir Muzhir 15 mayda tətil keçiriləcəyini bildirib.Muzhir fələstinlilərin düşmənə və beynəlxalq ictimaiyyətə "Unutmayacağıq və bağışlamayacağıq. Nə qədər uzun sürərsə sürsün haqlarımızı alacağıq" mesajı vermək üçün tətil keçirmələrini istəyib."Xalq Cəbhəsi" lideri İsrail ordusunun son hücumlarında şəhid olan fələstinliləri və yaxınlarını itirən ailələri də salamlayıb.Fələstin müqavimətiylə qürur duyduğunu qeyd edən Muzhir müqavimət qüvvələrini işğalçıların cinayətlərinə qarşı Fələstin xalqını qoruyan bir qalxan və qılınc olaraq xarakterizə edib."Böyük Qayıdış Yürüşü" aksiyalarının dinc xarakterli olaraq davam edəcəyini qeyd edən Muzhir İsrail qüvvələrinə nümayişçilərə qarşı hər hansı hərəkət etməmək barədə xəbərdarlıq edib.

Felestin.info

  • Yazılıb
  • da (də) 2019 May 11
  • Göndərən مدير سايت Aran News