Xəbər Lenti

Şirvanda 19 nəfər zəhərlənib

Cinayət törədən 57 nəfər saxlanılıb

Saakaşvilinin partiyası Ukraynada keçiriləcək parlament seçkilərində iştirak etməyəcək

Azərbaycan din və ifadə azadlığını müdafiə edən bəyanatı imzalamaqdan imtina edib

Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq

Rusiyada hərbi hissədə əsgərlər üçün məscid açıldı

Azərbaycan Respublikası anti-İran koalisiyasına qoşulacaqmı

ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

Lavrov: Amerika İrana qarşı təhrikedici hərəkətlərdən əl çəksin

Ənsarullahdan Trampa: Ərəb ölkələrini sağ, amma Yəmən bəhanəsi ilə yox

AXH-nin yürüş-mitinq keçirməsinə icazə verilməyib

İran və Ermənistanın hərbi-texniki həmkarlıqları təkzib olunub

Azərbaycan İranla hərbi əməkdaşlığın genişləndirilməysini müzakirə edib

Ermənistan Azərbaycan Ordusunun mövqelərini pulemyotlardan atəşə tutub

Azəri rəsmi: Gürcüstan sərhədçiləri məsuliyyət daşıyırlar

Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb

Bu il Azərbaycanda 23684 nikah, 7082 boşanma halı qeydə alınıb

Türkiyə AB-nin anti-Ankara bəyanatına reaksiya verib

Bakıda Halal məhsulların sərgisi keçirilir

Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi

Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı layihələrinin uğursuzluğunun səbəbləri-Təhlil

Ermənilər “Gözəlim sənsən” və “Köçəri”ni oğurladılar

"Həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər''

Ərəbistan BƏƏ-nin Yəməndən çıxmasına qəzəblənib

Azərbaycan XİN Polşa vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Ermənistanda hökumət binası qarşısında kəndlilər oturaq aksiya keçiriblər

İmam Rzanın (ə) həyatı “Qızıl Səqqaxana” radio verlişində

Azərbaycan Xalq Hərəkatının toplantısı və polisin reaksiyası

Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil

Əsəd: Suriya ABŞ-ın təhdidləri qarşısında İranın kənarındadır

Bakı və "Total" Xəzərdə iki enerji yatağının genişləndirilməsini araşdırırlar

Azad Həsənovun məhkəməsi təxirə salındı

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Cəbhədən son xəbər - Müdafiə Nazirliyi

Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Gürcüstanda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə möhtəşəm tədbir keçirilib (FOTO)

Arxiv Print RSS
 
Tarix : 2019 May 12     |     Kod : 58142

Paşinyanın Şuşa səfərinə reaksiya: Növbəti Aprel hadisələri yaşana bilər

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Dağlıq Qarabağ bölgəsinə, Şuşaya qanunsuz səfəri onun xarici siyasətində heç nəyin dəyişmədiyini göstərir.

Arannews-Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Dağlıq Qarabağ bölgəsinə, Şuşaya qanunsuz səfəri onun xarici siyasətində heç nəyin dəyişmədiyini göstərir.Gözləmək olardı ki, keçmiş prezident Sarqsyanın siyasətinə etiraz edən xalqın dəstəyi ilə hakimiyyətə gələn bu az tanınan siyasətçi Ermənistanın xarici siyasətində müəyyən dəyişikliklər edəcək. Amma zaman keçdikcə məlum olur ki, bu dəyişikliklər yoxdur və məhz bunun nəticəsidir ki, Ermənistanın özündə Paşinyanın reytinqi günü-gündən azalmaqdadır.Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə deyib.Millət vəkili bildirib ki, Ermənistanın mövcud problemlərinin kökündə ilk növbədə onun Azərbaycana qarşı işğalçılıq siyasətinin dayanması hələ də yeni hakimiyyətin düşüncəsinə hakim ola bilmir.“Paşinyanın yenə də işğalçılıq siyasətini davam etdirməsi, Azərbaycana qarşı təxribatçılıq hərəkətləri törətməsi Sarqsyanın fəaliyyətindən heç nə ilə fərqlənmir.Amma bir məsələ var: eyni siyasət eyni nəticə ilə sonuclanır, bitir və bu baxımdan, tamamilə gözləniləndir ki, müəyyən dövrdən sonra cəbhə xəttində Ermənistanın təxribatlarına cavab olaraq, yenidən Aprel hadisələri sayağı hadisələr baş versin.

Tamamilə gözləniləndir ki, Ermənistanın özündə Paşinyan siyasətinə qarşı daha güclü etiraz dalğası başlasın. Tamamilə gözləniləndir ki, Ermənistan Sarqsyan-Paşinyan siyasəti nəticəsində tamam pis, dözülməz vəziyyətə düşsün.

Eyni zamanda, əgər Paşinyan hesab edirsə ki, onun ritorikası Azərbaycanı yanlış yola döndərəcək, yaxud da Azərbaycan onun provakasiyalı hərəkətlərinə göz yumacaq, çox yanılır.Azərbaycan öz mənafeyini, öz qürurunu qorumaq qüdrətindədir və bu cür hərəkətlər Azərbaycan tərəfindən çox sərt reaksiya ilə üzləşəcək”, - deyə A.Mirzəzadə əlavə edib.Məlumat üçün bildirək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Şuşa şəhərinin işğalı şərəfinə düzənlənən mərasimə qatılıb. Daha sonra o, Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub, “Yallı” gedib.Paşinyanın bu addımı Azərbaycan tərəfindən kəskin reaksiya doğurub. Azərbaycan XİN hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünə dair bəyanat yayıb.


Yazılıb da (də)   2019 May 12  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap