Xəbər Lenti

Şirvanda 19 nəfər zəhərlənib

Cinayət törədən 57 nəfər saxlanılıb

Saakaşvilinin partiyası Ukraynada keçiriləcək parlament seçkilərində iştirak etməyəcək

Azərbaycan din və ifadə azadlığını müdafiə edən bəyanatı imzalamaqdan imtina edib

Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq

Rusiyada hərbi hissədə əsgərlər üçün məscid açıldı

Azərbaycan Respublikası anti-İran koalisiyasına qoşulacaqmı

ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

Lavrov: Amerika İrana qarşı təhrikedici hərəkətlərdən əl çəksin

Ənsarullahdan Trampa: Ərəb ölkələrini sağ, amma Yəmən bəhanəsi ilə yox

AXH-nin yürüş-mitinq keçirməsinə icazə verilməyib

İran və Ermənistanın hərbi-texniki həmkarlıqları təkzib olunub

Azərbaycan İranla hərbi əməkdaşlığın genişləndirilməysini müzakirə edib

Ermənistan Azərbaycan Ordusunun mövqelərini pulemyotlardan atəşə tutub

Azəri rəsmi: Gürcüstan sərhədçiləri məsuliyyət daşıyırlar

Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb

Bu il Azərbaycanda 23684 nikah, 7082 boşanma halı qeydə alınıb

Türkiyə AB-nin anti-Ankara bəyanatına reaksiya verib

Bakıda Halal məhsulların sərgisi keçirilir

Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi

Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı layihələrinin uğursuzluğunun səbəbləri-Təhlil

Ermənilər “Gözəlim sənsən” və “Köçəri”ni oğurladılar

"Həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər''

Ərəbistan BƏƏ-nin Yəməndən çıxmasına qəzəblənib

Azərbaycan XİN Polşa vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Ermənistanda hökumət binası qarşısında kəndlilər oturaq aksiya keçiriblər

İmam Rzanın (ə) həyatı “Qızıl Səqqaxana” radio verlişində

Azərbaycan Xalq Hərəkatının toplantısı və polisin reaksiyası

Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil

Əsəd: Suriya ABŞ-ın təhdidləri qarşısında İranın kənarındadır

Bakı və "Total" Xəzərdə iki enerji yatağının genişləndirilməsini araşdırırlar

Azad Həsənovun məhkəməsi təxirə salındı

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Cəbhədən son xəbər - Müdafiə Nazirliyi

Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Gürcüstanda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə möhtəşəm tədbir keçirilib (FOTO)

Arxiv Print RSS
 
Tarix : 2019 May 12     |     Kod : 58144

XİN Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsinin 25 illiyi ilə bağlı bəyanat yayıb

Azərbaycan-R Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsinin 25 illiyi ilə bağlı bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda deyilir: "12 may 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin əldə olunmasının 25 ili tamam olur. Münaqişə zonasında atəşkəsin elan edilməsi birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların davam etdirilməsi kimi məqsədlərlə əlaqələndirilib. Bu o deməkdir ki, atəşkəs yuxarıda qeyd edilən məqsədlər kontekstində kompleks yanaşmanı nəzərdə tutur. Yəni, atəşkəsə riayət olunması təkcə atəşin dayandırılması deyil, həmçinin hərbi qüvvələrin münaqişə zonasından çıxarılmasını və işğal vəziyyətinin möhkəmləndirilməsinə xidmət edən fəaliyyətdən, o cümlədən məcburi köçkünlərin qayıdışına maneə olan hərəkətlərdən çəkinilməsini nəzərdə tutur. Atəşkəsin əldə edilməsinə baxmayaraq, ötən 25 il ərzində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində tarixən yaşayan Azərbaycanlıların etnik təmizlənməsi ilə nəticələnən, beynəlxalq tanınmış ərazilərimizin beşdə birinin Ermənistan tərəfindən işğalı hələ də davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində qanunsuz mövcudluğunu davam etdirməkdədir. Dünya ictimaiyyətinin tələbləri, o cümlədən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT TŞ-nin qəbul etdiyi qətnamələr təcavüzkar Ermənistan tərəfindən rədd edilir. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin başçılarının da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaradılmış status-quo dayanıqlı deyil və qəbuledilməzdir. Atəşkəs, həmçinin münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tutur. Aydındır ki, atəşkəs münaqişənin həlli deyil, o münaqişənin həllinə aparan yolda müvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün şərait yaradır. Lakin bütün bu illər ərzində Ermənisan münaqişənin həlli üzrə nəticəyə yönəlik substantiv danışıqların aparılmasından və beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması tələbindən davamlı imtina edir. Ermənistan öz əhalisini və beynəlxalq ictimaiyyəti yanıltmaq cəhdlərindən əl çəkərək, təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, öz beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin ən qısa zamanda həlli üzrə aparılan danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməlidir. Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin olunması, etnik təmizləməyə məruz qalan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının sülh şəraitində birgə yaşayışının təşviq olunması Ermənistan və Azərbaycan arasında normal qonşuluq münasibətlərinin bərpa olunmasının və bölgədə davamlı sülh, təhlükəsizlik və inkişafın təmin olunmasının əsasını təşkil edir".


Yazılıb da (də)   2019 May 12  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap