Tarix : 2019 May 12
Kod 58146

Ənsarullah Hudeyda limanından çəkilməyə qərar verdi: BMT müsbət qarşıladı

BMT Yəməndə Ənsarullah Hərəkatının həyati əhəmiyyət daşıyan liman şəhəri Hudeyda, Salif və Ras-İssa limanlarından çəkilməyi qəbul etdiyini açıqlayıb.RT

Arannews-BMT baş katibinin mətbuat xidmətindən verilən açıqlamada, Ənsarullahın birtərəfli olaraq Hudeyda, Salif və Ras-İssa limanlarını tərk etmək və hərbi qüvvələrini yenidən yerləşdirmək barədə qərar verdiyi bildirilib. Limanlardan çəkilmənin BMT-nin himayəsi altında 11 mayda başlayacağı və 14 mayda başa çatacağı qeyd olunan açıqlamada, bu qərarın məmnuniyyətlə qarşılandığı bildirilib. Hudeyda limanı Yəmənə ərzaq məhsullarının təxminən 90%-nin, humanitar yardımların da 80%-nin giriş nöqtəsi olması baxımından Yəmən xalqı üçün mühüm əhəmiyyət kəsb edir.

  • Yazılıb
  • da (də) 2019 May 12
  • Göndərən مدير سايت Aran News