Tarix : 2019 May 13
Kod 58149

Vəkil sərhəddə saatyarım yoxlamaya məruz qaldığını deyir

Vəkil Elçin Sadıqov mayın 12-də Gürcüstandan Azərbaycana qayıdarkən “Sınıq körpü” sərhəd-keçid məntəqəsində saxlanılıb.

Arannews-Bu barədə Elçin Sadıqov “Facebook” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, bəyannamə təqdim etsə də, saatyarım yoxlamaya məruz qalıb:

“4 Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşı birdən soxulmuşdu avtomobilə, bəyannamə yazdırdılar. Sonra Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları yenidən yoxladılar. Hökumət hələ də insan hüquqlarını müdafiə etməyi ağır cinayət sayır və Baş Prokurorluğun göstərişi ilə ölkədən çıxanda və öz ölkənə qayıdanda təqib olunursan. Pasportunu verəndən sonra DSX əməkdaşı əlli yerə zəng edir ki, Elçin Sadıqovu ölkəyə buraxaq, ya yox”.

Elçin Sadıqov DSX əməkdaşlarının bu münasibətini özünün vəkillik fəaliyyəti ilə əlaqələndirib:

“Məgər, öz ölkəmizə də icazəylə daxil olmalıyıq? Belə çıxır ki, insan hüquqlarını müdafiə edənlərə Azərbaycanda yer yoxdur”.

Bəyannamə

Bəyannamə


  • Yazılıb
  • da (də) 2019 May 13
  • Göndərən مدير سايت Aran News