Tarix : 2019 May 13
Kod 58150

ABŞ məgər birinci dəfədir İranla "müharibə edir

Yenə ABŞ-ın İrana hücum planı gündəmə gəlib. Bu dəfə deyirlər ki, ABŞ İran yaxınlığına, Fars körfəzinə təyyarə daşıyan gəmi zad gətirib. Əlbəttə bütün bunlar başdan xarab Trapım dünya gündəmini dəyişmək cəhdlərindən başqa bir şey deyil. Bu günlərdə Trapm haqda hətta öz ətrafı yaxşı sözlər demir, ABŞ-ı məhvə apardığını qeyd edir və impiçment edilməsi haqda sözlər dolaşır.

Arannews-Bu başdan xarab adam da gündəmi dəyişmək istəyir. Gözəl bilir ki, yarandığı gündən bu günə qədər başqa ölkələrin ərazisinə soxulan, soyuq müharibə aparan, savaşanlara silah satıb aranı qızışdıran, gücü zəiflərə çatan ABŞ-ı müharibəyə calasa "blatı" qalxa bilər. Ona görə belə bir qərar verməyə cəhd edir ki, bununla da dəli, başqan qrija olduğunu bir daha sübut edir. Amma İrana gəldikdə isə Ali Məqamlı Dini Lider Ayətullah Xamenei həfəzəhullah dəfələrlə buyurub ki, İran indilərdə keçmişə baxanda daha çox qüvvətli, qüdrətli dövlətdir. Doğrudur. Bu gün İran silah, raket sahəsində çox irəli gedib. Şəhadət məktəbi İran möminləri arasında hələ də təravətlidir. Üstə gəl, Suriyada, İraqda bu xalq mərdliklər nümayiş etdirir. Hətta ABŞ-ın belə bacarmadığı İŞİD terrorçularını iranlı qəhrəman, mömin, hüseynçi general Qasim Süleymani və onun ordusu Allahın köməyi ilə yerlə yeksan elədi. ABŞ haqqında isə məşhur olan sözlərdən, ekspertlər rəylərindən biri budur ki, ABŞ indiyədək Suriya, İraq kimi ölkələrdə məğlubiyyətə uğrayıb. Üstə gəl İran nə İraqdır, nə Əfqanistandır. ABŞ İraq və Əfqanistan kimi zəif olan dövlətərə güc göstərə bilər, amma İranla müharibə etməzdən əvvəl yüz ölçüb bir biçməsi labüddür.Bu məqamda ünvanlamaq istədiyimiz sual budur: məgər ABŞ birinci dəfədir ki, İranla müharibəyə hazırlaşır? Müasir tarixdən gözəl bilirik ki, ABŞ İran İslam Respublikas yenicə qurulanda İraq lideri Səddam vasitəsiylə İranı çökdürmək istədi. Amma alınmadı. İlahi lütf və qüvvət sayəsində ABŞ İranda İslam Respublikası çökdürə bilmədi. Hələ ondan əvvəl ABŞ himayə etdiyi İranın fasid şahını da himayət etdiyi halda İranda saxlaya bilmədi. Şah nəhayət məcbur olub geri çəkildi, Səddam öz qüvvələrini İran sərədlərindən çəkdi. Hər iki hadisədə İran demək olar ki, ABŞ-la müharibə aparırdı. Çünki İranın mömin, şəhadətsevər xalqı şahı qaçırtmışdı. Şah bu xalqın izdihamı, təlatümü qarşısında gücsüz qarışqa olduğunu hiss edib aradan çıxmışdı. Səddam da İranın mömin xalqı qarşısında acizliyini anlamışdı. Bundan əlavə o zamanlar yenicə qurulmuş İran İslam Respublikasının siyasi təcrübəsi, dostu düşməni də bəlli deyildi. Hal-hazırda siyasi müttəfiqi olan Rusiyanın rəhbərlikdəki sələfləri – sovetlər birliyi də İranda İslam Respublikasının məhv olmasına çalışır və Səddama dəstək verirdilər. İndilərdə isə həmin sovetlər birliyinin variis olan müasir Rusiya İranla müttəfiqdir. Əlbəttə, elə düşünülməsin ki, İran Rusiya siyasətin arxalanır. İran rəhbərliyi gözəl bilir ki, mömin bir xalq, İslam Respublikasının rəhbərləri ancaq Allaha təvəkkül edirlər. Çünki bu xalq hələ o zamanlar Allaha olan təvəkkül və etimad sayəsində düşmənin şərrini dəf edə bilmişdilər. O illərdən isə çox keçib, İran həm texnikada, hm siyasətdə, həm elm və ibadətdə, Allaha təvəkküldə daha çox güclənib. Bu Respublikanı həmin insan qurub ki, ABŞ-ın təyyarələrini səhrada yerə salıb məhv edən toz dənəciklərini Allahın əsgərləri hesab ediri. Allahın görünməz ordusu bir daha İran İslam Respublikasını himayə edəcək.

  • Yazılıb
  • da (də) 2019 May 13
  • Göndərən مدير سايت Aran News