Xəbər Lenti

Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb

Bu il Azərbaycanda 23684 nikah, 7082 boşanma halı qeydə alınıb

Türkiyə AB-nin anti-Ankara bəyanatına reaksiya verib

Bakıda Halal məhsulların sərgisi keçirilir

Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi

Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı layihələrinin uğursuzluğunun səbəbləri-Təhlil

Ermənilər “Gözəlim sənsən” və “Köçəri”ni oğurladılar

"Həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər''

Ərəbistan BƏƏ-nin Yəməndən çıxmasına qəzəblənib

Azərbaycan XİN Polşa vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Ermənistanda hökumət binası qarşısında kəndlilər oturaq aksiya keçiriblər

İmam Rzanın (ə) həyatı “Qızıl Səqqaxana” radio verlişində

Azərbaycan Xalq Hərəkatının toplantısı və polisin reaksiyası

Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil

Əsəd: Suriya ABŞ-ın təhdidləri qarşısında İranın kənarındadır

Bakı və "Total" Xəzərdə iki enerji yatağının genişləndirilməsini araşdırırlar

Azad Həsənovun məhkəməsi təxirə salındı

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Cəbhədən son xəbər - Müdafiə Nazirliyi

Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Gürcüstanda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə möhtəşəm tədbir keçirilib (FOTO)

Polisdən sosial şəbəkədə yayılan video ilə bağlı

Niyə İmam Rzaya “Şəmsuş-Şumus” ləqəbi verilib

Seyid Nəsrullah: Öldürmək və yaşatmaq Allahın əlindədir, amma Qüdsdə namaz qılacağıma inanıram

Üç hakim vəzifəsindən azad edilib

Dunya Mijatovic: "Azərbaycanda ifadə azadlığı təhlükə altında qalmaqda davam edir"

İlham Əliyevin "İslamı" simpozumlarda, konfranslardadır, əməllərdə yox

Elçin Sadıqovla bağlı intizam icraatına xitam veriləcək

Jurnalistin məhkəməsi davam edib

Fərman Ceyranlı beynəlxalq axtarışa verilib

Müdafiə Nazirliyi: ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb

8372 müsəlmanın öldürüldüyü Srebrenitsa qətliamından 24 il ötür

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Baş Prokurorluqda olub

ELAN! İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə tədbir keçirləcək

XİN Ermənistanın xarici işlər nazirinə cavab verib

Azərbaycanda Hacı Tale Bağırovun kimliyinin terroru; ermənilərin ona dəstək verməsi kimi gülünc bəhanə ilə

Arxiv Print RSS
 
Tarix : 2019 May 13     |     Kod : 58155

Bu il 13 mitinqə icazə verilməyib

2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyəti yalnız bir aksiyanı sanksiyalaşdırıb

Arannews-Yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) mitinq keçirib. Həmin aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb.Paytaxt hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda siyasi və sosial islahatlar tələbi ilə keçirmək istədiyi mitinqlərə razılıq verməyib. İmtinalar Milli Şuranın 19 yanvar mitinqindən sonra ictimai asayişin pozulması ilə əsaslandırılıb. Qeyd olunub ki, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunun yerləşdiyi ərazinin sakinləri və paytaxt polisi aksiyalar zamanı ictimai asayişin pozulmasından narahatlıq ifadə etdiyi üçün mitinqlər məqsədəuyğun sayılmır.Beləliklə, 2019-cu ildə Milli Şuranın 7 mitinqinə icazə verilməyib.2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsi (İdarə Heyətində İlham İsmayıl, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Tural Abbaslı, Əvəz Zeynallı və başqaları təmsil olunurlar) 2018-ci il sentyabrın 29-da Yasamaldakı İdman-Sağlamlıq Kompleksinin stadionunda “Qarabağa azadlıq!” devizi ilə sanksiyalaşdırılmış mitinq keçirib. Paytaxt hakimiyyəti komitənin eyni məkanda noyabrın 24-nə, dekabrın 15-nə təyin etdiyi mitinqlərə razılıq verməyib. İmtina məktublarında qeyd olunub ki, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş apardığı üçün mitinqin keçirilməsi məqsədəuyğun hesab edilmir.Qarabağ Komitəsi 2019-cu ildə keçirmək istədiyi 3 mitinqə də (fevralın 16-sı, martın 16-sı, mayın 4-ü) eyni cür rədd cavabı alıb.Müsavat Partiyası 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlərində yürüş-mitinqlərə (“20 Yanvar” metro stansiyasından Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna yürüş və orada mitinq; Süleyman Sani Axundov küçəsindən “Dərnəgül” metro stansiyası yaxınlığındakı meydana yürüş, orada mitinq) icazə verilməsini istəyib. Aksiyalarda siyasi və sosial tələblər irəli sürmək planlaşdırılıb. Paytaxt hakimiyyəti yanvarın 12-nə və martın 10-na təyin olunmuş yürüş-mitinqləri məqsədəuyğun saymayıb. Qərar Müsavatın yürüş-mitinq üçün seçdiyi marşrutlarda nəqliyyatın sıx hərəkəti ilə əlaqələndirilib.Müsavat Bakı Şəhər İcra Hakimiyyətindən 7 aprel aksiyası üçün müraciətə də mənfi cavab alıb. Partiya kütləvi aksiyaya paytaxtdakı 3 meydandan birinin (Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu; “Dərnəgül” metro stansiyası yanındakı meydan; Tofiq Bəhramov stadionu qarşısındakı meydan) ayrılmasını istəmişdi.


Yazılıb da (də)   2019 May 13  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap