Tarix : 2019 May 14
Kod 58159

Oqtay Gülalıyev Baş Prokurorluğa çağrılıb (yenilənib)

Baş Prokurorluqda hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı məlumat yayıb. Məlumatda hüquq müdafiəçisinə xəbərdarlıq edildiyi deyilir:

Arannews-“Aparılmış araşdırmalarla özünü “hüquq müdafiəçisi” adlandıran Oqtay Gülalıyevin “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq- mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verməsi müəyyən edilmişdir.

Qeyd edilənlərlə əlaqədar O.Gülalıyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir”.''İstəyirlər ki, xalqımızın başına gətirilən fəlakətlərdən danışmayaq''Hüquq müdafiəçisi Oqtay Gülalıyev mayın 13-də günün ikinci yarısı Respubluka Prokurorluğuna çağrılıb.Bu barədə Oqtay Gülalıyev özü məlumat yayıb.Oqtay Gülalıyev iddia edir ki, Respublika Prokurorluğu onun Gəncə həbsləri və digər məsələlər haqda danışmamasını istəyir:“Bizi susdurmaq istəyirlər. İstəyirlər ki, xalqımızın başına gətirilən fəlakətlərdən danışmayaq. Dinc, günahslz insanların polis bölməsində, hərbidə, həbs yerlərində ağır işgəncələrə məruz qalmasını, qətlə yetirilməsini dilə gətirməyək. İnsanların şərlənib həbs olunmasına göz yumaq. Hüququ tapdanan insanları müdafiə etməyək. Neçə vaxtdır ki ətrafımda olan halqanı daraldırlar. Müxtəlif dövlət qurumları və vəzifəli şəxslər tərəfindən mənə xəbər göndərir, təzyiq edirlər ki, susum. Amma mən xalqımızın başına gətirilən fəlakətləri gördükcə, dəhşətə gəlirəm və susmaq fikrində deyiləm”.qtay Gülalıyev mayın 6-da Daxili İşlər Nazirliyinə çağrıldığını da xatırladıb:“Güman ki, bu dəfə "cinayət əməllərimi" prokurorluq araşdırır. Araşdırsınlar, mənim etirazım yoxdur. Amma prokurorluq yaxşı olar ki öncə insanları şərləyib həbs edən, işgəncə verib onları qətlə yetirən, büdcəni talan edənləri məsuliyyətə cəlb etsin”.

  • Yazılıb
  • da (də) 2019 May 14
  • Göndərən مدير سايت Aran News